Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Məşhur reperi hakimiyyətə 'satılmaqda' günahlandırırlar


Vladimir Putin və reper Timati
Vladimir Putin və reper Timati

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanın məşhur reperləri Timati və Gufun sentyabrın 7-də çıxmış “Moskva” klipi 2 gün ərzində 1 milyon tamaşaçı tərəfindən bəyənilməyib.

Ümumilikdə 3 milyon dəfə baxılmış klipə cəmi 62 min “like” qoyulub.

Sözü gedən klip və trek Moskva şəhəri günündə buraxılıb. Bu klipdə tamaşaçıların ən çox hiddətini doğuran klipdəki “mitinqlərə getmirəm, yaxbalalıq etmirəm”, “ Sobyanın sağlığına burger tıxıram” və “gey paradlar keçirməyən bu şəhər” sətirləri olub.

İnternet istifadəçiləri reperləri satqın adlandırır və bu klipin iqtidarın sifarişi ilə yazıldığını bildirirlər.

Özünün Instagram səhifəsində əsl adı Timur Yunusov olan Timati yazıb ki, o bu trekə görə peşman deyil və ona görə pul almayıb.

Reper bildirir ki, “gənclərin çevrəsində hakimiyyəti söymək dəbə çevrilib”.

Bundan sonra Timati bir az da dərinə gedərək “mən mitinqlərə getmirəm” misrasının “açımını” verib. O yazıb ki, müxalifətin mitinqlərinə çıxanların yarısına buna görə pul ödənir:

“Onların öz kuratorları var, təşkilatçıları var və hamısı maaş alırlar. Sən ki ağıllı oğlansan, fikirləş gör onları kim maliyyələşdirir”.

Əsl adı Aleksei Dolmatov olan Guf deyib ki, video və trek iki gün ərzində yazılıb və məqsəd “doğma şəhəri təbrilk etmək” olub:

“Heç bir dövlət sifarişi olmayıb. Buna görə pul verilməyib. Ən azı buna inanmaq istərdik”.

Amma internet istifadəçiləri bu videoklipin başqa versiyasını düzəldiblər. Bu videoda polisin etirazçıları döyməsi kimi səhnələr var.

İndiyədək YouTube-un Rusiya seqmentinin tarixində ən çox bəyənilməyən video reper Face-in “Mən Qərbi tullayıram” klipi idi.

Bu klipə 16 milyon dəfə baxılmış və 675 min dislike qoyulmuşdu.

Reper Timati prezident Vladimir Putinin dəstəkçilərindəndir.

O 2012-ci ildə “Mən niyə Putinə səs verirəm” təbliğat videosunu çəkib.

2018-ci il seçkisində Timati Putinin etimadlı nümayəndəsi olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG