Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:31

Tehranda prezidentlə vidalaşma mərasimi keçirilir, sevinənlər də var


Mayın 22-də İranda helikopter qəzasında həlak olmuş prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vidalaşma mərasimi keçirilir.

Mehr agentliyinin yazdığına görə mərasimdə 60 xarici ölkənin nümayəndələri iştirak edirlər.

Rusiya mediası yazır ki, Moskvanı dəfn mərasimində Dövlət Dumasının spikeri Vyaçeslav Volodin təmsil edir.

Bu mərasimdə habelə Belarusun, Qazaxıstanın, bir sıra İslam dövlətlərinin, Fələstin muxtariyyətinin, Əfqanıstanın de facto hökuməti - Taliban hərəkatının, Çin və Yaponiyanın nümayəndələri iştirak edirlər.

Mərasimə Azərbaycanın baş naziri Əli Əsədov da qatılıb.

Mayın 23-də Rəisinin cənazəsi Məşhəd şəhərindəki İmam Rza türbəsinə aparılacaq. Burada mərhumla İranın ali rəhbəri, ayətüllah Əli Xameneyinin vidalaşması olacaq.

Abdullahianın Tehran vilayətindəki Rey şəhərində dəfn olunacağı xəbər verilir.

Şərqi Azərbaycan ostanının paytaxtı Təbrizdə və müqəddəs Qum şəhərində müxtəlif matəm tədbirləri keçirilir.

İranda beş gün müddətində matəm elan edilib.

Edam və repressiyalarda ittihamlar

Bu da xəbər verilir ki, Rəisinin həlak olduğu gün – mayın 19-da Tehranın bəzi yerlərində bayram atəşfəşanlığı müşahidə edilib.

Rəisi insan haqları müdafiəçiləri, beynəlxalq təşkilatlar və bir çox iranlılar tərəfindən kütləvi edamlarda, müxalifətin təqibində, xarici siyasətdə Tehranın özünütəcrid kursunun dəstəklənməsində ittiham olunur.

Rəisinin 1988-ci ildə, prezident olduğu vaxt dini rejimə qarşı çıxan 5 minədək müxalifətçinin edamlarında iştirak etdiyi iddia edilir.

AzadlıqRadiosunun farsdilli Fərda redaksiyası bildirir ki, hazırda Stokholmda yaşayan iranlı qadın – İsmət Vətənpərəst repressiyalarda 11 ailə üzvünü, o cümlədən iki qızını və üç qardaşını itirib.

O mayın 20-də, Rəisinin ölümü təsdiq edilən gün AzadlıqRadiosuna deyib:

"Sevincimin hədd-hüdudu yoxdur. Bugün İran üçün gözəl bir gündür”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG