Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 01:55

Rəisi nüvə paktı üçün şərtini açıqlayır


İbrahim Rəisi
İbrahim Rəisi

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nüvə materiallarının izlərinə “ehtiyat tədbiri” məsələsi deyir

BMT-nin nüvə agentliyi İranın üç obyektindən götürülmüş nüvə materialının mənşəyini araşdırmağı dayandırmasa, dünya supergücləri ilə nüvə sazişi bərpa edilməyəcək. Bu tələbi İran Prezidenti İbrahim Rəisi dilə gətirib.

Rəisi avqustun 29-da hakimiyyətinin birinci ildönümü münasibətilə mətbuat konfransında ABŞ Prezidenti Co Baydenlə görüşə səbəb görmədiyini söyləyib. Hər iki prezident gələn ay BMT Baş Məclisində iştirak edəcəklər.

“Ehtiyat tədbiri” məsələsi

“Ehtiyat tədbiri məsələsi həll olunmayınca, nüvə paktı üzrə razılaşmadan danışmağın mənası yoxdur”, – Rəisi vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nüvə materiallarının izlərinə “ehtiyat tədbiri” məsələsi deyir.

Rəisi 2021-ci ilin avqustunda seçkini udaraq iki dönəm prezident Həsən Ruhanini bu postda əvəzləyib.

Rəisi prezident seçiləndə Baydenlə görüşəcəyinə dair suala sadəcə “xeyr” cavabı vermişdi. Baydendən əvvəl prezident olmuş Donald Tramp ölkəsini 2015-ci il nüvə sazişindən birtərəfli qaydada çıxararaq Tehrana ağır iqtisadi sanksiyaları bərpa edib.

Görüşün faydasız olacağını deyir

Avqustun 29-da eyni suala cavab verən Rəisi cavabına bir neçə söz əlavə etsə də, mahiyyət dəyişməyib.

“Mənimlə onun arasında görüşün faydası yoxdur. Nə İran xalqı, nə də böyük dövlətimizin maraqları üçün”, – Rəisi deyib.

Vaşinqton 2018-ci ildə nüvə paktından birtərəfli qaydada çıxandan sonra Tehran da saziş çərçivəsində öhdəliklərindən tədricən geri çəkilib.

Sazişin məqsədi İranın nüvə bombası hazırlamasının qarşısını almaqdır. Tehran isə nüvə proqramının yalnız dinc məqsədli olduğunu deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG