Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 10:12

Rəisi Baydenin ‘İranı azad edəcəyik’ bəyanatına cavab verdi


İran etirazlarına dəstək verən amerikalılar Co Baydenin çıxışı zamanı
İran etirazlarına dəstək verən amerikalılar Co Baydenin çıxışı zamanı

Bayden sözü gedən bəyanatı noyabrın 3-də Kaliforniyada keçirilən kampaniya çıxışı zamanı vermişdi

İran prezidenti İbrahim Rəisi noyabrın 4-də ABŞ prezidenti Co Baydenin bəyanatına cavab olaraq bəyan edib ki, İran 1979-cu ildə İslam İnqilabı tərəfindən azad edilib:

"Mən Baydenə demək istəyirəm ki, İran bundan 43 il əvvəl azad edilib”.

Bayden sözü gedən bəyanatı noyabrın 3-də Kaliforniyada keçirilən kampaniya çıxışı zamanı vermişdi.

Bu mitinqdə İrandakı etirazçıları dəstəkləyən onlarca iştirakçı vardı.

Bayden onlara müraciətlə demişdi:

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar çox tezliklə özlərini azad edəcəklər”.

İran prezidenti qeyd edib ki, Baydenin bu bəyanatı 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumun ildönümündən bir gün əvvəl səslənib.

Həmin vaxt İranda nümayiş iştirakçıları dini liderlərin rəhbərliyi ilə səfirliyə daxil olmuş və amerikalıları girov götürmüşdülər.

Rəisi əlavə edib ki, “yəqin Bayden bu bəyanatı verəndə ağlı başında deyilmiş”.

Qaragöl ətrafında yaşayan ermənilər: 'Axşamlar çaxır içirik ki, qorxmayaq'
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

İranı bürüyən etirazlar

İranda gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanmış antihökumət etirazları 7 həftədir ki, davam edir.

Bu aksiyalar zamanı İran qadınları hicablarını açır, yandırır və saçlarını kəsirlər.

Bəzi etirazçılar “diktatora ölüm!” şüarı səsləndirir və İslam Respublikasına son qoyulmasına çağırırlar.

İranın dini hakimiyyəti bu etirazların ABŞ və İsrail də daxil Qərb və onun agentləri tərəfindən qızışdırıldığını iddia edir.

Etirazlar başlanandan bəri 270 nəfərin öldüyü bildirilir. Bu da xəbər verilir ki, etirazlarda jurnalistlər, hüquq müdafiəçiləri, aktyorlar və başqaları daxil minlərlə adam həbs edilib.

Münasibətləri həmişəlik korlamış böhran

1979-cu ilin 4 noyabrında inqilabın lideri ayətüllah Ruhullah Xomeyninin tələbə tərəfdarları ABŞ səfirliyinə basqın etmiş və oradakı diplomat və başqa əməkdaşları girov götürmüşdülər.

Həmin hadisəyə görə ABŞ və İran arasında yaranmış ziddiyyət bugünə qədər davam edir.

Tələbələr İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin xərçəngdən müalicə üçün ABŞ-a getməsinə etiraz edirdilər.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

444 gün davam edən böhran 52 amerikalının azad olunması ilə başa çatsa da, Vaşinqton və Tehran arasında münasibətlər bir daha normallığa qayıtmayıb.

Bu hadisə ovaxtkı prezident Cimmi Karterin hakimiyyətinə ciddi zərbə vurmuş və o 1980-ci il seçkisini Ronald Reyqana uduzmuşdu.

XS
SM
MD
LG