Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:23

Regionlara milyardlar xərclənirsə, niyə adamlar Bakıya axışır?


24 milyard manat hara getdi?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

24 milyard manat hara getdi?

Prezident İlham Əliyev regionların social iqtisadi inkişafı üçün növbəti, dördüncü proqram barədə fərman verib, 2023-cü ilə qədər davam edəcək proqramın icrasına azı 17 milyard manatın ayrılması nəzərdə tutulur.

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, bundan əvvəlki - 2014-2018-ci illər proqramının icrasına 24 milyard manat ayrılmışdı.

Amma indiyə qədər icra olunmuş proqramların regionları inkişaf etdirdiyinə, kəndliləri Bakıdan kəndə qaytardığına, rayonlarda açılan yeni zavodların doğrudan da mənfəətli olub insanların həyatını yaxşılaşdırdığına şübhə edənlər var.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, indiyə qədər icra olunan proqramların gözlənilən nəticəni vermədiyini rəsmi rəqəmlərdən də görmək olur.

Onun sözlərinə görə, 2004-cü ildən icra olunan proqramlar iqtisadiyyatda Bakı və Abşeron yarımadasının payını azalda bilməyib, belə ki, sənaye məhsullarının 90 faizə qədəri, eləcə də əhalinin gəlirlərinin 70 faizdən çoxu Bakı və Abşeronun payına düşür, qalanı bölgələrin. Bəs onda ötən proqrama xərclənən 24 milyard manat nəyə sərf olunub? Toğrul Maşallı deyir ki, bu pullar daha çox infrastruktur layihələrinə qoyulub, bu layihələr isə Bakı ilə bağlıdır:

“Sərmayələrin 70-90 faizi ya mədənçıxartma sənayesinin payına düşüb, ya da energetika sahəsinin. Bölgələrdə energetika sahəsində müəyyən qədər inkişaf var. Amma bu elektrik stansiyaları bölgələrlə bağlı deyil, bu stansiyalar Bakı üçün işləyir”.

Prezident “uğur” deyəndə konkret hansı uğuru nəzərdə tutur?

Prezident İlham Əliyev yanvarın 29-da, 3-cü proqramın icrasının sona çatması ilə bağlı konfransda deyib ki, regionların inkişafı onun seçki vaxtı əsas şüarı idi və buna uğurla nail oldu. Mövzuya qayıdırıq. Amma prezident öz çıxışında regionların inkişafında əsas uğurların nə olduğundan danışmır:

“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.

İqtisadi təhlilçi Toğrul Maşallı isə təklif edir ki, regionların budəfəki inkişafı proqramında yeni açılmış sənaye müəssisələrinn fəaliyyəti üçün şərait yaradılsın:

“Məsələn, əgər velosiped zavodu açılıbsa, Bakıda və başqa şəhərlərdə velosiped yolları düzəldilsin. Bundan başqa, ele sistem qurulsun ki, xaricdən gətirilmiş mebel, yerli mebeldən baha olmasın, ümumilikdə iqtisadi mühit sağlamlaşdırılsın”.

Regionlarda social-iqtisadi durum Sovet İttifaqı dağılandan sonra pisləşib, zavod, fabriklər bağlanıb, əhalinin bir qismi Rusiyaya iş dalınca getməyə məcbur olub.

Amma elə paytaxt Bakıya üz tutanlar da çoxdur. Son statistikaya görə, əhalinin təqribən beşdə birinin, 2 milyon civarında adamın Bakıda yaşadığı bildirilsə də, reallıqda bu rəqəmin daha böyük olduğu deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG