Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:25

'Parlament razılaşmırsa, iki dəfə 'yox' deyirsə, prezident neyləməlidir?'


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov

«Vitse-prezidentlik institutunun yaradılması niyə prezidentin hesabatlılığının azalmasına səbəb olmalıdır ki?». Deputat Rəfael Cəbrayılov ABŞ Helsinki Komissiyasının həmsədri Chris Smith-in Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı dediklərinə münasibət bildirərkən belə söyləyib. Smith hesab edir ki, bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb.

Azərbaycanlı bitərəf deputatın sözlərinə görə, dövlət başçısının səlahiyyətlərinin artırılması zərurətdir.

– Prezident hər hansı səbəbdən səlahiyyətlərini yerinə yetirə bilmədikdə onun səlahiyyətinin başqa bir qurumun başçısına – baş nazirə tapşırılması doğru olmazdı, hər nə qədər bu qurum icraedici orqan olsa belə. Ona görə də belə bir institutun yaradılması yerinə düşür. Yeri gəlmişkən, düşünürəm ki, vitse-prezidentlərdən birinin kurasiyası muxtar qurumlar olmalıdır. Respublikada iki muxtar qurum var. Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti. Düzdür, biz Dağlıq Qarabağa verilən muxtariyyəti ləğv etmişik, gələcəkdə ona ən yüksək status verilə bilər. Demək istəyirəm ki, vitse-prezidentlik institutunun yaranmasında məqsəd prezidentə kömək edəcək fiqurların olmasıdır. Kimsə deyə bilər ki, Azərbaycan əhalisi 10 milyondur, ona vitse-prezidentlik institutu lazım deyil, əksinə, dövlət başçısına çevik idarəçilik lazımdır. ABŞ-la buranı müqayisə etməyək. ABŞ-da oturuşmuş mexanizm var, Azərbaycan müstəqilliyini cəmi 25 ildir qazanıb.

Buna da bax-Hadı Rəcəbli: 'Azərbaycan heç kimin çaldığı musiqiyə oynamır...'

- Rəfael müəllim, referendumdan sonra prezident daha bir səlahiyyət əldə edir, o, parlamenti buraxa bilər. Sizcə, bu parlament üzərində bir basqı aləti deyilmi?

- Parlamentin prezidentə impiçment qoymaq hüququ olduğu halda, prezident niyə parlamenti buraxmaq hüququndan məhrum edilməlidir? Dövlət başçısına belə bir hüququn verilməsində məqsəd hakimiyyətin icraedici və qanunverici qolları arasında hüquqi balansı tənzimləməkdir. Yəni parlamentin prezidentə impiçment qoymaq səlahiyyəti varsa, prezidentin də belə səlahiyyəti olmalıdır. Prezidentin parlamenti buraxacağı hallar Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində öz əksini tapıb. Məsələn, baş naziri, baş prokuroru, Mərkəzi Bankın sədri kimi vəzifəli şəxslərin parlamentə təqdimatını dövlət başçısı verir. Prezident tutalım, baş nazir vəzifəsinə bir şəxsin namizədliyini parlamentə iki dəfə təqdim edə bilər. Parlament razılaşmırsa, iki dəfə «yox» deyirsə, prezident neyləməlidir? Və ya baş prokurorun namizədliyini qəbul etmirsə... Təsəvvür edirsinizmi bundan sonra ölkədə hansı xaos yaranar?

- Bu halda prezident niyə ikinci namizədi təklif etməməlidir? Milli Məclisin əksəriyyəti onun namizədini qəbul etmirsə, deməli, buna ciddi səbəblər var.

- Bunu prezident müəyyənləşdirəcək. Biz demirik ki, o, dərhal parlamenti buraxacaq. Bəlkə də başqa namizəd təklif edəcək. Amma hər halda, bu səlahiyyəti də olacaq ki, qarışıqlıq yarandığı halda qəti addım ata bilsin. Kimsə deyə bilər ki, bu hüquq prezidentə niyə indi verilir? Konstitusiya 1995-ci ildə qəbul ediləndə parlamentə belə bir səlahiyyət verildi. Yəni qanunla müəyyən edilmiş hallarda, prezident öz vəzifəsini icra edə bilmədikdə onu kənarlaşdırırlar. Amma o vaxt prezidentə belə bir səlahiyyət verilmədi. Sovet şinelindən təzə çıxmış respublikada hələ prezidentlik institutu özü yeni idi. Onda prezidentə belə bir səlahiyyətin verilməsini insanlar anlamazdı. İndi isə Azərbaycan dünyaya inteqrasiya olunub. Məqsəd Azərbaycan Konstitusiyasını dünya konstitusiyasına uyğunlaşdırmaqdır. Bütün sivil ölkələrin konstitusiyasında prezidentlərin belə hüquqları var.

Buna da bax-'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'​

- Prezidentin səlahiyyətlərinin artırılması, elə amerikalı siyasətçinin dediyi kimi, hesabatlılığın azalması olmayacaqmı?

- Mən elə deməzdim.

- ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycan hökumətini referendum zamanı baş verən qanun pozuntuları barədə məlumatları araşdırmağa çağırıb.

- Bilirsiniz, Azərbaycanın seçki sistemi ABŞ-ın səsvermə sistemindən daha mükəmməldir. Azərbaycanda birbaşa xalq özü dəyişikliklərə, namizədlərə səs verir. ABŞ-da isə bu bir qədər fərqlidir. O ki qaldı, səsvermədə qanun pozuntularının baş verməsinə, mən bunu istisna etmirəm. Amma ümumən seçki normal keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG