Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:00

Real TV-yə yerüstü yayım lisenziyası verilib


Prezident İlham Əliyev bu ilin fevralında REAL TV-nin rəhbəri Mirşahin Ağayevə müsahibə verib
Prezident İlham Əliyev bu ilin fevralında REAL TV-nin rəhbəri Mirşahin Ağayevə müsahibə verib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılmasından ötrü ümumrespublika televiziya yayımı üzrə elan etdiyi müsabiqənin nəticəsi bəlli olub.

Bu barədə qurumun saytı məlumat yayıb.

Söhbət Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayımından ötrü 48-ci, HD yayımından üçün isə 37-ci TV yayım kanalına verilən lisenziyadan gedir.

MTRŞ-nın iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayımından ötrü müddətsiz lisenziya verib.

Bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etməkdən ötrü 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və RTV Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) MTRŞ-ya müraciət etmişdi.

“TV Media Azərbaycan” MMC və RTV MMC-dən bu qərara, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2016-cı il iyulun 18-də fəaliyyəti dayandırılan ANS TV-nin vitse prezidenti Mirşahin Ağayev "Real TV"-yə rəhbərlik edir .

“Real TV” 2018-ci ilin əvvəlindən internet televiziyası kimi fəaliyyətə başlayıb. Həmin il martın 5-də MTRŞ “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımından ötrü lisenziya verilməsi barədə müraciətinə baxıb.

Qurumun qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımından ötrü müddətsiz lisenziya verilib.

ANS TV 2016-ci ildə Türkiyədə baş verən çevrilişə cəhddən sonra qapadılıb. MTRŞ o vaxt bu kanalın lisenziyasını ləğv etməsini Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciəti və mövcud qanunvericiliuin tələbi ilə izah edirdi.

Kanal rəhbərliyi isə qərarı düzgün saymamış və məhkəməyə müraciət etmişdi.

Amma onların məkəməyə şikayətləri də təmin edilməmişdi.

XS
SM
MD
LG