Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

ReAL seçkilərə blok şəklində gedir


İ.Məmmədov
İ.Məmmədov

Respublikaçı Alternativ (ReAL) Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə blok şəklində gedəcək.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, blokun adı ReAL Cümhuriyyətçilər İttifaqıdır.

İ.Məmmədovun sözlərinə görə, İttifaqda ReAL Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq: «Parlamentə seçildikləri təqdirdə isə eyniadlı blok şəklində fəaliyyət göstərəcəklər».

O, əlavə edib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar bu bloka qoşulmaq istəsə, müraciətlər dəyərləndiriləcək: «Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək».

Müxalifət qüvvələrindən ReAL Partiyasından başqa, Müsavat və daha bir neçə partiya da növbədənkənar parlament seçkilərinə qatılır. Milli Şura isə seçkiləri boykot edəcəyini açıqlayıb. Onlar bu qərarlarına səbəb kimi qeyd ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü minimum imkanlar belə yoxdur.

Mərkəzi Seçki Komissiyası və rəsmilər isə bu qiymətləndirməni qəbul etmirlər.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra da prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əslində Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG