Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 21:46

REAL partiya oldu, İlqar Məmmədov onun sədri


İ.Məmmədov
İ.Məmmədov

REAL Hərəkatının qurultayı keçirilib. Qurultayda hərəkat partiyaya çevrilib.

Bu barədə AzadlıqRadiosuna qurultay iştirakçılarından Natiq Cəfərli məlumat verib: «Bu qurultay keçirilmə forması baxımından tarixə düşəcək hadisələrdən biridir. Belə ki, aprelin 7-si və 8-də gerçəkləşən, yəni 48 saat davam edən qurultayın birinci hissəsi onlayn keçirilib. Qurultay nizamnamədən irəli gələrək, açıq səsvermə ilə partiyanın 40 nəfərlik Məclisini, İdarə Heyətini seçib. Partiya sədrliyinə isə alternativ olmayıb. Qurultay nümayəndələri açıq səsvermə ilə hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovu partiyanın sədri seçib».

N.Cəfərlinin bildirməsinə görə, partiya proqram və nizamnaməsinə dəyişikliklər gizli səsvermə ilə olmalı idi. O vurğulayıb ki, aprelin 8-də REAL Hərəkatinin ofisində qurultay nümayəndələrinə seçki keçirmək imkanı yaradılıb.

N.Cəfərlinin deməsinə görə, səsvermə səhər saat 10:00-dan axşam saat 18:00-a kimi davam edib.

N.Cəfərli deyib ki, yaxın günlərdə partiya Məclisi toplanaraq öz rəhbər şəxslərini seçəcək və qurumları təsis edəcəklər.

Azərbaycan höküməti Avropa Şurasına cavab verdi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

REAL dəfələrlə Bakı şəhər rəhbərliyinə və biznes mərkəzlərinə qurultay keçirmək məqsədilə yer ayrılması xahişi ilə müraciətlər etmişdi. Lakin onların müraciətinə müsbət cavab verilməmişdi.

Nəhayət, qurultayın ötən il dekabrın 17-də Müsavat Partiyasının qərargahında keçirilməsi gözlənilirdi. Ancaq deyilən vaxta bir neçə gün qalmış Müsavat Partiyasının rəhbərliyi bildirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun adından onlara məktub gəlib. Verilən məlumata görə, məktubda partiyaya xəbərdarlıq edilib ki, onlarla bağlanmış müqaviləyə əsasən, binanı üçüncü qurum icarə götürə bilməz.

«Müsavat Partiyasının rəhbərliyi Respublikaçı Alternativ Təşkilat Komitəsinə müraciət edib. Hakimiyyətin təzyiqləri, xüsusən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hüquqi iddiaları ilə bağlı məsələlərə aydınlıq gələnədək Təsis qurultayının onların binasında keçirilməsini müvəqqəti təxirə salmağı təklif edib», - həmin vaxt REAL Hərəkatının açıqlamasında vurğulanırdı.

Hərəkat onda da qurultayı təxirə salmalı olmuşdu.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Xatırlatma

REAL Hərəkatı 2009-cu ildə yaradılıb. Hərəkatın lideri İ.Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda baş verən iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbs edilməsi ilə hüquqlarının pozulduğunu tanıyıb. Strasburq məhkəməsi bu qərarı 2014-cü ilin mayında verib. Ancaq İ.Məmmədov hələ də həbsdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG