Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:51

BŞİH REAL-a: ‘Balansda sizin tələblərinizə uyğun zallar yoxdur...’


BŞİH başçısı Hacıbala Abutalıbov

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ (REAL) Hərəkatının qurultay keçirmək məqsədi ilə yer ayrılmasından ötrü müraciətinə növbəti dəfə “yox” cavabını verib.

Bunu AzadlıqRadiosu-na hərəkatın İdarə Heyəti üzvlərindən Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, BŞİH-in cavabı bu gün, noyabrın 15-i REAL-a çatıb. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzaladığı məktub Respublikaçı Alternativ Partiyası təşəbbüs qrupu üzvləri Azər Qasımlı, Natiq Cəfərli və Erkin Qədirliyə ünvanlanıb.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

Məktubda qeyd edilir ki, REAL-ın noyabrın 8-də göndərdiyi müraciətə BŞİH-də baxılıb.

“Bakı Şəhər İcra Hakimiyyətinin balansında sizin tələblərinizə uyğun zalların olmadığını diqqətinizə çatdırırıq”, – məktubda qısaca belə yazılır.

Hərəkat qurultayın keçirilməsindən ötrü səylərin davam etdiriləcəyini bildirir.

REAL Hərəkatı qurultay keçirməyə yer ayrılmasından ötrü dünən, noyabrın 14-ü növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və otellərə müraciət edib.

REAL Hərəkatı bu il oktyabrın 29-da qurultay keçirmək niyyətində idi. Qurultayda hərəkatın partiyaya çevriləcəyi gözlənirdi. Bu qərar sentyabrın 24-də hərəkatın rayonlardan və Bakıdan gələn təmsilçilərinin iştirakı ilə qəbul edilmişdi. Həmin qərardan sonra Təşəbbüs Qrupu qurultaya yer ayrılmasından ötrü bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müraciət Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə göndərilmişdi.

Buna da bax:​ Avropa Məhkəməsi İlqar Məmmədovun işi üzrə ikinci qərarını elan edəcək

Ancaq Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Respublikaçı Alternativ Partiyası Təşəbbüs Qrupunun təsis qurultayı keçirməkdən ötrü yer ayrılması xahişi ilə müraciətinə bundan əvvəl də müsbət cavab verməmişdi. Cavabda onların məktubda qeyd etdikləri məkanda tədbirin keçirilməsi mümkün sayılmamışdı. Hərəkat sonrakı müraciətlərdə də istəyinə nail ola bilməyib.

XATIRLATMA

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG