Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Bakıda tam, rayonlarda 80 faiz elektrik bərpa edilib


Elektrik stansiyası 2014
Elektrik stansiyası 2014

Bakıda tam, rayonlarda isə böyük ölçüdə elektirik enerjisinin verilişi bərpa edilib.

Bunu “APA-ya açıqlamasında “Azərenerji” Açıq Səhəmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100 , regionlarda isə 80 faizdir. “Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq,” – deyə Yəhya Babanlı bildirib.

“Azərenerji” ASC rəsmisi ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilənin baş vermə səbəblərinə də aydınlıq gətirib:

“Bu kimi halın bir daha təkrar olunması ehtimalı yoxdur. Bu forsmajor bir hal idi. Havaların kəskin isti keçməsi ilə əlaqədar bizim stansiyaların soyutma sisteminin gücü çatmayıb. Bundan sonra da havalar kəskin isti keçəcəyi təqdirdə belə elektrik enerjisində fasilə olmayacaq. Soyutma sistemini daha da gücləndirəcəyik.”.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Ölkə ərazisində elektrikin verilməsi dayanıb. Qəzaya səbəb kimi havanın kəskin istiləşməsi nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi göstərilir.

XS
SM
MD
LG