Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Raqqadan qaçan uşaqlar illərlə əziyyət çəkiblər


Raqqadan qaçan uşaqlar
Raqqadan qaçan uşaqlar

Suriyanın şimalındakı Raqqa şəhərindən qaçan uşaqlar ekstremistlərin idarəçiliyi altında illərlə əziyyət çəkiblər. Bunu ABŞ-da mənzillənən «Save the Children» humanitar təşkilatı avqustun 28-də bildirib.

Raqqa 2014-cü ildən «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının əlindədir. Hazırda onun yaraqlılardan alınmasından ötrü əməliyyatlar gedir. Şəhər ABŞ-ın dəstəklədiyi ərəb və kürd döyüşçülərinin mühasirəsindədir.

UŞAQLARIN İSTƏDİYİ BU DEYİL...

Qurum bildirir ki, şəhərin bombalanması gənclərin qarabasmalarını daha da gücləndirib.

«Raqqadan olan uşaqlar kənardan normal görünə bilərlər, ancaq içəridə çoxu gördüklərindən əziyyət çəkməkdədir», – qurumun Suriya üzrə direktoru Sonia Khush deyib.

«Bu qarabasmalar, əzizlərinin gözlərinin qarşısında ölməsi Raqqa uşaqlarının arzusu olmayıb», – o, sözlərinə əlavə edib.

«Biz bir nəsil uşağın ömürlük əzaba məhkum olunması riskiylə üz-üzəyik, onların zehni sağlıq ehtiyacları aradan qaldırılmalıdır», – direktor vurğulayıb.

«Save the Children» bildirir ki, bu gənclərin psixoloji çətinlikləri üstələməsi on illər çəkə bilər.

İŞİD Suriyada ağır texnika ilə parad keçirir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

SON HÜCUMA HAZIRLIQ GEDİR

Raqqanı İŞİD yaraqlıları 2014-cü ildə ələ keçirib. O zaman qruplaşma Suriya və İraqda böyük ərazilər tutaraq «islam xilafəti» elan edib.

ABŞ-ın dəstəklədiyi əməliyyatlar sayəsində ekstremistlər İraqda paytaxt elan etdikləri Mosuldan çıxarılıblar.

Suriya ərəb və kürd döyüşçülərindən ibarət Suriya Demokratik Qüvvələri alyansı Raqqanı mühasirəyə alıb və yekun hücuma hazırlaşır. Onları ABŞ-ın rəhbərlik etdiyi hava qüvvələri dəstəkləyir.

Raqqada yarısı uşaq olmaqla, 20 min nəfərin qaldığı bildirilir.

XS
SM
MD
LG