Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:24

ABŞ senatoru deyir ki, Trump-dan Putinə məktub ‘çatdırıb’


Senator Rand Paul
Senator Rand Paul

ABŞ-ın respublikaçı senatoru Rand Paul deyir ki, prezident Donald Trump-ın Rusiya lideri Vladimir Putinə göndərilmiş məktubunu çatdırıb.O bu barədə avqustun 8-də özünün Twitter postunda yazıb:

Kentukkili millət vəkili hazırda Moskvaya səfərdədir.

Senator deyib ki, məktubda iki ölkə arasında antiterror, qanunvericilik dialoqu da daxil müxtəlif sahələrdə danışıqların, habelə mədəni əlaqələrin bərpasının mühümlüyü vurğulanır.

Rusiya mediası Putinin sözçüsü Dmitry Peskova istinadən məktubun diplomatik kanallarla alındığını bildirir.

Peskov deyib ki, çox tezliklə məktub prezident administrasiyasına veriləcək.

Ağ Ev belə bir məktubun göndərildiyi barədə şərh verməyib.

Paul artıq bir neçə gündür ki, Rusiyadadır və ABŞ-ın Moskvadakı səfirliyi bu səfəri “şəxsi qrupun” səfəri adlandırır.

Səfər Rusiya ilə ABŞ arasında həssas dövrə təsadüf edir.

Trump Rusiya, xüsusilə də Putinlə münasibətlərin yaxşılaşdırılmasına çağırır, lakin geosiyasi rəqibə olan belə xoş münasibətinə görə ölkə siyasətçiləri tərəfindən sərt tənqid olunur.

Bu arada ABŞ Maliyyə Nazirliyi Rusiya üzərinə yeni sanksiyalar elan edib.

ABŞ senatorları avqustun 6-da Moskvada rusiyalı həmkarları ilə görüşübləreter Hettler, Texas Sen. Don Huffines, Sen. Rand Paul and his communications director Sergio Gor attend a meeting with Russian lawmakers in Moscow, August 6
ABŞ senatorları avqustun 6-da Moskvada rusiyalı həmkarları ilə görüşübləreter Hettler, Texas Sen. Don Huffines, Sen. Rand Paul and his communications director Sergio Gor attend a meeting with Russian lawmakers in Moscow, August 6

Rusiya Federasiya Şurasında etdiyi çıxışda Paul deyib ki, Vaşinqton və Moskva danışıqlara başlamalıdırlar, çünki bu iki ölkə dünyanın bir çox qaynar nöqtələrində yaxın məsafədə mövqe tutublar:

"Mənim Rusiyaya gəlməkdən məqsədim çatdırmaqdır ki, biz kommunikasiya xətlərinin açıq saxlanmasını istəyirik. Bu o demək deyildir ki, bizim fikir fərqlərimiz yoxdur və ya bəzi hallarda olmayacaq, amma biz razılaşmadığımız məsələlərdə dönə-dönə müzakirə aparmalıyıq. Müzakirələr son dərəcə mühümdür, diplomatiya mühümdür”.

AzadlıqRadiosu xatırladır ki, Paul Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan 2017-ci il tarixli qanunun əleyhinə səs vermiş iki müllət vəkilindən biridir və o Donald Trump-ın Rusiya ilə danışıqlar aparmaq niyyətini müdadfiə edir.

Özünün səfəri zamanı Paul deyib ki, o Rusiya millət vəkillərini Vaşinqtona səfərə dəvət edib və onlar “bu mühüm addımı atmağa hazır olduqlarını bildiriblər”.

https://www.paul.senate.gov/news/senator-paul-and-chairman-kosachev-agree-us-russia-engagement

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG