Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:07

'Trump-ı müdafiə edən ABŞ senatoru' Rusiya ilə dialoq istəyir


Senator Rand Paul
Senator Rand Paul

ABŞ-ın tanınmış millət vəkillərindən respublikaçı senator Rand Paul avqustun 6-da Moskvaya səfəri zamanı deyib ki, Birləşmiş Ştatların Rusiya ilə daha çox dialoquna və kommunikasiya xətlərinin açıq saxlanmasına ehtiyac var:

"Mənim Rusiyaya gəlməkdən məqsədim çatdırmaqdır ki, biz kommunikasiya xətlərinin açıq saxlanmasını istəyirik. Bu o demək deyildir ki, bizim fikir fərqlərimiz yoxdur və ya bəzi hallarda olmayacaq, amma biz razılaşmadığımız məsələlərdə dönə-dönə müzakirə aparmalıyıq. Müzakirələr son dərəcə mühümdür, diplomatiya mühümdür”.

AzadlıqRadiosu xatırladır ki, Paul Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan 2017-ci il tarixli qanunun əleyhinə səs vermiş iki müllət vəkilindən biridir və o Donald Trump-ın Rusiya ilə danışıqlar aparmaq niyyətini müdadfiə edir.

Paul habelə iyulun 16-da Helsinkidə görüşərkən davranışı tənqid olunan Trump-ı yenə də qızğın müdafiə edib.

Rusiya Federasiya Şurasında etdiyi çıxışda Paul deyib ki, Vaşinqton və Moskva danışıqlara başlamalıdırlar, çünki bu iki ölkə dünyanın bir çox qaynar nöqtələrində yaxın məsafədə mövqe tutublar:

"Düşünürəm ki, kommunikasiya xətlərini açıq saxlamamaq çox böyük səhv olardı. Dünya çox qarışıq bir yerdir”.

Paul-la görüşdə iştirak edən Rusiya millət vəkili, Federasiya Şurası Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosachyov deyib ki, iki ölkə arasında münasibətlərin düzəlməsinə ABŞ-ın Ukrayanaya görə Rusiya üzərinə qoyduğu sanksiyalar əngəl törədir:

"Bu sanksiyalar şübhəsiz ki, münasibətlərə mane olur, amma münasibətləri hər hansı bir şəkildə dayandırmamalıdır”.

Rusiya mediası bildirir ki, Paul habelə Rusiya millət vəkillərini müzakirələr üçün Vaşinqtona dəvət edib.

TASS bildirir ki, Paul və Rusiya millət vəkilləri iki parlamentin müvafiq komitələri arasında danışıqların ilin sonunadək baş tutması mümkünlüyünü müzakirə ediblər.

Bu xəbərlər ABŞ rəsmiləri tərəfindən təsdiq olunmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG