Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:33

Putin Kadyrovun bəyanatına münasibət bildirdi


Vladimir Putin

“Hər bir adamın şəxsi fikiri var və bu onun hansı vəzifəni tutmasından aslı deyil. O ki, qaldı region rəhbərlərinə, bu tam mənada onlara da aiddir”.

“Regnum” və digər Rusiya saytlarının məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin, Çeçenistan lideri Ramzan Kadyrovun, Myanma müsəlmanlarının təqib olunması məsələsində Rusiyanın mövqei ilə razılaşa bilməməsi barədə son bəyanatını şərh edərkən deyib.

Vladimir Putin buna görə narahat olmamağa və bunu federal mərkəzin hərəkətindən narazılıq kimi qəbul etməməyə çağırıb.

Putin həmçinin bir daha Myanmada müsəlmanların təqib olunmasını pisləyib və ölkə hakimiyyətini vəziyyəti yoluna qoymağa çağırıb.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadyrov sentyabrın 4-də Qroznıda Myanmada təqiblərə məruz qalan Rohinca müsəlmanlarına dəstək aksiyası təşkil edib.

Təşkilatçıların sözlərinə görə aksiyada milyondan çox adam iştirak edib.

BBC-nin yazdığına görə, aksiyaçılar “Allahu Əkbər” və “Biz Myanma müsəlmanlarıyıq”kimi şüarlar səsləndirib, sonda isə mitinqə gətirdikləri plakatları çıraraq “Myanmada müsəlman soyqırımının” dayandırılmasını tələb ediblər.

Qroznıda nümayiş
Qroznıda nümayiş

Aksiyada çxış edən Çeçenistan lideri Ramzan Kadyrov dünya ictimaiyyətinin Myanmadakı toqquşmalara reaksiyasını tənqid edib və bununla bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib.

Mitinqin sonunda Rusiya prezidenti Vladimir Putinə müraciət qəbul edilib.

Aksiyaçılar Vladimir Putini nüfuzundan istifadə edərək “müsəlmanların soyqırımını” dayandırmağa çağırıbrlar.

Məlumata görə Ramzan Kadyrov aksiyadan əvvəl özünün “instaqram” səhifəsində Rusiyanın kütləvi informasiya vasitələrini Myanmadakı toqquşmalara biganə yanaşmaqda günahlandırıb və bildirib ki, Myanmada baş verənlərlə bağı Rusiyanın mövqei ilə razılaşmaya bilər.

Ramzan Kadyrov
Ramzan Kadyrov

“Əgər hətta Rusiya cinayət törədən bu şeytanları dəstəkləsə-mən Rusiyanın mövqeinə qarşıyam, çünki Mənim öz fikirim, öz mövqeim var”, Kadyrov deyib.

Çeçenistan lideri deyib ki, əgər Rusiya lideri olsa buna qarşı hərbi tədbir görərdi.

“Ora ordu göndərmək mümkün deyil, çünki bu dövlətin səlahiyyətindədir. Mənnən olsa və bu mümkün olsaydı, nüvə zərbəsi endirərdim, sadəcə uşaqlar, qadınlar və qocaları öldürənləri məhv edərdim” Kadyrov deyib.

Berlindəki “Svilizasiyaların Dialoqu Araşdırma İnstitutu”nun tədqiqatlar direktoru Aleksei MalashenkoKadyrovun bu cür bəyanatlarının Kreml üçün xoşagəlməz sürpiriz oldğuğunu deyir.

Malashenko İslam haqqında çoxsaylı yazılar və kitabların müəllifidir.

Mənbə yazır ki, bazar günü Moskvadakı Myanma səfirliyi qarşısında da Moskva hakimiyyəti ilə razılaşdırılmamış bu cür atiraz aksiyası keçirilib.

Aksiyaçılardan biri BBC radiosunun Rusiya xidmətinə deyib ki, mitinqə gəlmək barədə Kadyrovun “İnstaqram”dakı çağırışından xəbər tutub.

Aksiyada minədək adm iştirak edib.

Qroznıdakı mitinqdən görüntü
Qroznıdakı mitinqdən görüntü

Malashenko deyir ki, Kadyrovun bu cür bəyənat və hərəkətləri “Moskva üçün problem” yaradır.

“Onun hərəkətləri-Moskva və Qroznıdakı nümayişlər dağıdıcı effekt verir. Onların hərəkəti Rusiyadakı dinlərarası həmrəyliyə qarşıdır. Saytlara baxın nümayişlər pislənir və insanlar msəlmanlar haqda pis şeylər yazırlar” Malashenko deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG