Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:35

Ramiz Mehdiyevin yerinə təyinat oldu


S.Nuriyev
S.Nuriyev

Samir Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Bununla bağlı bu gün, noyabrın 1-də dövlət başçısı İlham Əliyev sərəncam verib.

Prezidentin başqa bir sərəncamı ilə S.Nuriyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Buna qədər Prezident Administrasiyasına rəhbərliyi Ramiz Mehdiyev edirdi. Prezident İ.Əliyev onu bu vəzifədən oktyabrın 23-də çıxartmışdı. Daha sonra R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçildi.

Samir Nuriyev 1975-ci ildə Bakı şəhərində doğulub.

O, 1996-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən öncə Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyinə rəhbərlik edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG