Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Ramiz Mehdiyev dövlət qulluğu şurasına yenidən sədr olub


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Azərbaycan Dövlət Qulluğunu İdarəetmə Şurasının toplantısı olub.

AZƏRTAC xəbər verir ki, toplantıda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yekdilliklə yenidən qurumun sədri seçilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dövlət qulluğuna qəbulla bağlı durum haqqında məlumat verib.

O, deyib ki, 2018-ci ilin 11 ayı ərzində dövlət qulluğuna qəbul üzrə test imtahanında 6642 şəxs iştirak edib. Onlardan 3721 nəfəri dövlət qulluğunda çalışmaq üçün sertifikat alıb.

“Dövlət qulluğuna qəbulun müsahibə mərhələsi üzrə 6029 vakansiya elan edilib. Bu vakansiyalar üzrə müsahibələrdə iştirak etmək üçün qeydiyyatların sayı 10882 olub. Təşkil edilmiş müsahibələrdən 4611-i baş tutub. 2220 müsahibə nəticəsində namizədlər vəzifəyə uyğun hesab ediliblər. Onlardan 1221 şəxs vəzifəyə təyin olunub”, - M.Abbaszadə bildirib.

XS
SM
MD
LG