Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

Ramil Quliyev çempion oldu, rekordunu təzələdi


Ramil Quliyev (Foto arxivdəndir)

Türkiyənin dünya çempionu – qaçışçı Ramil Quliyev avqustun 9-da Berlində keçirilən Avropa Atletika Çempionatında 200 metrlik məsafəyə qaçışda qızıl medalı qazanıb.

Quliyev turnirin üçüncü günündə bu məsafəni 19, 76 saniyəyə qət edərək eyni zamanda öz rekordunu təzələyib. İkinciliyi 20, 04 saniyə göstəricisi ilə britaniyalı Nethaneel Mitchell-Blake qazanıb.

Əslən azərbaycanlı və 2011-ci ildən Türkiyə vətəndaşı Quliyev Türkiyəyə ilk qızıl medalını ötən il Beynəlxalq İdman Assosiasiyaları Federasiyasının Londonda keçirilən dünya çempionatında qazandırıb.

Rəssam Gündüz Ağayev 2017-ci ildə çəkdiyi bu karikaturanı "Azərbaycandan qaçış" adlandırıb
Rəssam Gündüz Ağayev 2017-ci ildə çəkdiyi bu karikaturanı "Azərbaycandan qaçış" adlandırıb

Avqustun 8-də Türkiyə idmançısı Yasmani Copello Escobar 400 metrlik məsafəyə maneələrlə qaçışda gümüş medala sahib olub.

Escobar bu məsafəni 47, 81 saniyəyə qaçıb. O da Türkiyənin bundan əvvəlki rekordunu (47, 92 saniyə) təzələyib.

Bu turnirdə norveçli Karsten Warholm 47, 64 saniyə ilə birinci, irlandiyalı Thomas Barr isə 48, 31 saniyə ilə ikinci olub.

Avropa Atletika Çempionatı avqustun 6-12-də keçirilir.

XS
SM
MD
LG