Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:09

Çingiz Hüseynzadə: “Ramil Quliyev Azərbaycana qayıda bilməz, çünki Türkiyə buraxmaz”


Milli Olimpiya Komitəsinin vise-prezidenti Çingiz Hüseynzadə

“O vaxt da demişəm, indi də təkrarlayıram, Ramil Quliyev 6 il bundan öncə fərarilik edib”. Milli Olimpiya Komitəsinin vise-prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirdiyi mətbuat konfransında belə deyib.

“Bu gün onun dünya çempionu olmasına həmin məsələnin dəxli yoxdur. Bu fakt varsa mən bunu inkar edə bilmərəm”, - Hüseynzadə əlavə edib.

Jurnalistlərin “Ramil Quliyev Azərbaycana qayıdacaqmı” sualına MOK vise-prezidenti belə cavab verib: “Ramil Quliyev Azərbaycana qayıda bilməz. Türkiyə onu buraxmaz. Onun ixtiyarı yoxdur”.

MOK vise-prezidenti Azərbaycanın idmançının qayıtmasını istədiyini, ancaq artıq bunun “qeyri-real” olduğunu, onun Türkiyə vətəndaşlığını qəbul etdiyini bildirib.

Ötən həftə - avqustun 10-da Londonda azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu oldu. O 2009-cu ildən bəri Usain Bolt-a məxsus qızıl medalı qazandı.

“Ramilə qaçmağı biz öyrətmişik…”

Çingiz Hüseynzadə Ramil Quliyevin dünya çempionu olmasını “fərəhləndirici” və “sevindirici hal” adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan rəmiləri yarışdan öncə atletin qələbə şansının olduğunu biliblər və bu səbəbdən də Türkiyə rəsmiləri ilə danışıqlardan sonra qərar veriblər ki, o birinci olarsa, hər iki ölkənin bayrağını qaldırsın.

MOK vise-prezidenti dünya çempionu olan Ramil Quliyevin Azərbaycanın yetirməsi olduğunu, ona burda şərait yaradıldığını da söyləyib: “Ramilə qaçmağı biz öyrətmişik. Ramilin ilk yaxşı nəticələrinə görə mükafatları onun ilk məşqçisi Tofiq Əliyev alıb. Onun adını heç yerdə çəkmir. Bu mənəvi məsələdir. O bir çox şeyləri demir. O bir yerdə deyib ki, Azərbaycan ona ev verib?Ona 19 yaşında mənzil verilib. Nə qədər mükafatlar verilib”.

Ramil Quliyev qələbəsini iki bayraqla qeyd edib
Ramil Quliyev qələbəsini iki bayraqla qeyd edib

“Biz ona icazə verdik ki, “Fenerbahçe”də çıxış etsin”

Çingiz Hüseynzadə daha sonra bunları söyləyib: “Ramil Quliyev heç yerdə demir, amma onu Türkiyəyə biz - Federasiya olaraq göndərdik. Biz ona icazə verdik ki, “Fenerbahçe”də çıxış etsin. Biz ona dedik ki, orda çıxış et. “Fenerbahçe”dən nə “Neftçi”, nə də Federasiya bir qəpik pul aldı. Onlar dedilər ki, pul verək, biz istəmədik. Niyə almadıq? Biz bilirdik ki, orda nəsə ola bilər. Ramil Quliyevi dəvət etdik ki, bir mövsüm Azərbaycan çempionatında çıxış etsin. Gəlib çıxış etdi, sonra məlum oldu ki, o bir müddətdir Türkiyə vətəndaşlığını qəbul edib. Bizim xəbərimiz yoxdur”.

MOK rəsmisi “açıqlamalı şeylərin çox olduğunu”, amma Ramil Quliyevi qəhrəman kimi qəbul etdiklərini bildirib.

Çingiz Hüseynzadə Ramil Quliyevin məşq üçün şərait olmaması haqda dediklərinə də münasibət bildirib: “Bəli, bu gün də manej soyuqdur, bu gün də Azərbaycanda kifayət qədər qaçış yolu yoxdur... Bunlar Federasiyanın problemləri deyil. Federasiya stadion tikə bilməz. Bunlar Azərbaycanda olan ümumi çətinliklərdir. Bunlar idmana bir cür təsir edir”.

MOK rəsmisi Layeşdən də danışıb

MOK vise-prezidenti “The Guardian” qəzetinə danışan marafonçu, sabiq Azərbaycan idmançısı Layeş Abdullayevanın ittihamlarına da münasibət bildirib. Hüseynzadə idmançıya çatacaq 7 min dolların onun tərəfindən mənimsənməsi haqda yazılanları təkzib edib. “Ola bilər Bakıda kiminsə ona borcu var, bunu deyə bilmərəm, amma bunun Federasiyaya aidiyyatı yoxdur. Layeşin Federasiya ilə kontraktı olmayıb. Layeş Azərbaycanda kifayət qədər pul qazanıb. Layeş Efiopiyada ev tikib, xüsusi maşınları var, taksi kimi fəaliyyət göstərir. Bunlar araşdırılıb”.

Layeş Abdullayeva
Layeş Abdullayeva

Çingiz Hüseynzadə “The Guardian”ın yazdıqlarına Azərbaycan məmurlarının deyil, azərbaycanlı jurnalistlərin cavab verməli olduğunu söyləyib, bununla bağlı araşdırma aparmalarını istəyib.

Layeş Abdullayevanın iddiasına görə, 2013-cü ildə hökumət ona bir yarışı udduğuna görə 25 min dollar veribmiş, ancaq Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə həmin pulun 7 min dollarını götürüb, bundan sonra ona maaş verməyi də dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG