Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:13

QMİ Ramazan təqvimini açıqladı


Təzəpir məscidi
Təzəpir məscidi

Bu gün, mayın 24-ü Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvası yayılıb.

Fətvada bildirilir ki, Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə mayın 27-nə təsadüf edəcək.

«Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, gündəlik duaları və bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Digər mənbələrdən daxil olmuş, təxribat, təfriqə xarakterli, məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən din xadimləri və dindarların istifadəsi yolverilməzdir», –deyə açıqlamada vurğulanır.

Fətvada Ramazan bayramının tarixi də göstərilib:

«Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir».

FİTRƏ ZƏKAT NƏ QƏDƏRDİR?

Fətvada bildirilir ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

İslam dininə görə, oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG