Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Prezidentdən Ramazan təbriki


Prezident İlham Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. 20 iyun 2017

“Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir”.

Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə belə yazılır.

Ölkə başçısı təbrikində vurğulayıb ki, bu il Ramazan ayı Azərbaycanın həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf edib.

Buna da bax:​ QMİ: 'Mən müstəqil dövlətəm öz təqvimim var, özüm bilərəm'

“2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi hazırkı narahat dünyamızda dövlətimizin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir”, - ölkə başçısı qeyd edib.

İ.Əliyev bildirib ki, Azərbaycan bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhlükələrlə ardıcıl mübarizəni, dialoq və həmrəylik təşəbbüslərini bundan sonra da davam etdirəcək.

Bu il iyunun 26-sı və 27-si Azərbaycanda Ramazan bayramı keçiriləcək. İslamda müqəddəs sayılan Ramazan ayında mömin insanlar oruc tutur. Bir sıra müsəlman ölkələrində isə Ramazan bayramı iyunun 25-i keçiriləcək.

Buna da bax:​ Bayram bayrama qarışır

Qafqaz Müsəlmanları İdarəsi Ramazan təqvimini Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən hazırladığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG