Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:57

"Qoy köçək, sonra sökün də binanı"- [Fotolar]


Bildiriş
Bildiriş

►Süleyman Rəhimov küçəsində başlanan söküntü narazılıq yaradıb

“Yaşayış olmayan evlər uçurulduqca, içərisində yaşayış olan mənzillərin pəncərələri, tavanları dağılır"

Bakıda Süleyman Rəhimov küçəsi 60 ünvanında yaşayan sakinlər AzadlıqRadiosunun “Qaynar xətt”inə hazırda həmin ünvandakı evlərin sökülməsindən narahatlıqlarını bildiriblər.

Ünvandakı mənzillərin birində yaşayan Emil Mütəllibzadənin sözlərinə görə, bina abadlıq planlarına uyğun olaraq sökülür. Bir müddət əvvəl ünvandakı sakinlərin bir qisminə kompensasiya ödənilib və çıxıb gediblər. 4 ailə isə köçürülmə barədə bildirişi yeni alıblar. Bildirişi aldıqdan dərhal sonra isə qapıda ağır texnika görünüb:

“Biz etiraz etmirik. Bizi komissiyaya dəvət ediblər. İmkan versinlər, gedək, görüşək, müvafiq sənədlərimizi toplayaq, köçümüzü tutaq, çıxıb gedək. Buna da azı 1 ay vaxt lazımdır. Bu dəqiqə evin birini sökürlər, həmin evə bitişik evin pəncərələri, tavanı dağılır. Halbuki həmin evdə insanlar yaşayır”.

Sakin deyir, 3 ailə yuxarı, 1 ailə isə aşağı mərtəbədə yaşayır. 1-ci mərtəbədə yaşayan yaşlı sakin Vera Kantimirova üst mərtəbədəki evin sökülməsi nəticəsində yaranan silkələnmədən qorxu keçirib, hazırda halı pisləşdiyi üçün qonşular onu öz mənzillərinə aparıblar.

Buna da bax: Bakıda Yeni il şousu olacaq

SAKİNLƏR EVLƏRİNƏ GİRMƏYƏ QORXURLAR

Emil Mütəllibzadənin sözlərinə görə, bina 110 il əvvəl atasının babası tərəfindən tikilib. Burada da əsasən ata tərəfdən olan qohumları yaşayırmış. Bir zaman memarlıq abidəsi sayılan binalar siyahısında olsa da, sonradan söküntü planına düşdüyü üçün həmin siyahıdan çıxarılaraq söküntü siyahısına salınıb.

Emil Mütəllibzadə deyir, hazırda yaşayış olmayan evlər uçurulduqca, içərisində yaşayış olan mənzillərin pəncərələri, tavanları dağılır, sakinlər nə edəcəklərini bilmirlər. Əşyalarını belə toplaya bilməyən sakinlər evlərinə girməyə qorxurlar.

Bakı şəhər İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirən olmayıb.

Sakinlərə gələn bildirişlərdə qeyd olunub ki, bina ərazidəki infrastruktur layihəsinə görə sökülür.

XS
SM
MD
LG