Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:15

Rafsanjaninin ölümü yenidən araşdırıla bilər


Prezident Hassan Rouhani İslam Respublikası Milli Təhlükəsizlik Şurasının keçmiş prezident Akbar Hashemi Rafsanjaninin ölüm səbəblərinə dair hesabatını rədd edib. Bu barədə Rafsanjaninin kiçik oğlu Yasser Hashemi Rafsanjani məlumat verib.

Yanvarın 8-də Pana xəbər agentliyinə müsahibəsində Rafsanjaninin oğlu deyib ki, şura prezidentə yazdığı məktubda bu işin bağlanmasını istəyirdi.

Prezident Rouhani bu tələbi nəinki rədd edib, o hətta şuraya bu ölümün bütün səbəblərini sıfırdan araşdırmağı tapşırıb.

Rafsanjaninin bir il əvvəl baş vermiş ölümü intensiv ziddiyyətlərə səbəb olmuşdu. Onun ailə üzvləri də daxil bir çoxları bu ölümdə qəsdin olduğuna inanırlar.

Rafsanjaninin dəfni
Rafsanjaninin dəfni

2017-ci ilin 16 dekabrında Rafsanjaninin “üsyankar” qızı və keçmiş millət vəkili Faezeh Hashemi demişdi ki, onun atasının bədənindəki radioaktiv elementlərin konsentrasiyası normadan 10 dəfə artıq olub.

E’temed News xəbər saytına müsahibəsində Faezeh Hashemi bunu da bildirmişdi ki, radioaktivlik barədə söhbəti Milli Təhlükəsizlik Şurasının bir neçə üzvü onların ailəsi ilə də müzakirə edib. O bu söhbətlərin nə vaxt və kimlərlə olduğunu açıqlamayıb.

Xanım Hashemi daha sonra deyib ki, onun bacısı Fatemeh və anasını da radioaktivlik analizindən keçiriblər. O bu analizlərin də nə vaxt keçirildiyini deməyib.

Milli Təhlükəsizlik Şurasının üzvləri ailəyə bildiriblər ki, onlar radioaktivliyin mənbəyini bilmirlər, amma bunun Rafsanjaninin ölümünə səbəb olmadığını bilirlər. Bundan sonra bu iş bağlanıb.

AzadlıqRadiosunun farsdilli Farda redaksiyası yazır ki, xanım Rafsanjaninin bir ay əvvəl verdiyi bu müsahibəyə sözü gedən şuradan heç bir reaksiya olmayıb.

Post-inqilab İranında Rafsanjani ayətüllah Ruhollah Khomeini-dən sonra ikinci ən qüdrətli fiqur sayılırdı.

Fikirini açıq deyən dissident və nüfuzlu ayətüllah Khazali bir vaxt demişdi ki, Rafsanjanini İslam İnqilab Keşikçiləri Korpusu qətlə yetirib. Maraqlıdır ki, korpus bu ittihamı da cavabsız buraxıb.

Rafsanjani ailəsi
Rafsanjani ailəsi

82 yaşlı Rafsanjaninin meyiti 2017-c ilin 8 yanvarında onun evindəki şəxsi hovuzunda tapılıb. Onun ürək tutmasından öldüyü elan edilib. Farda yazır ki, İranda “ürək tutması” ifadəsi ilə adətən səbəbi bəlli olmayan ölümləri adlandırırlar.

Rafsanjaninin uşaqları deyirlər ki, atalarının yaşlı olmasına baxmayaraq səhhəti ilə bağlı heç bir problemi olmayıb.

Bu ölümün dərhal ardınca İranın səhiyyə naziri “infarktın öhdəsindən gələ bilməyən” həkimləri tənqid etmişdi. Bütün hallarda Rafsanjaninin faktiki olaraq hovuzda boğularaq öldüyünə dair şayiələr dolaşırdı.

Ali rəhbər Ali Khamenei-nin hakimiyyət zirvəsinə çatmasında hərəkətverici qüvvə olmuş ayətüllahHasheminin onunla yolları, 2009-cu ildə Mahmoud Ahmadinejad prezident seçiləndə ayrılmışdı.

Rafsanjaninin Khamenei ilə münasibətləri tədricən pozulmuş və onun oğlu Mehdi və qızı Faezeh müxtəlif ittihamlarla həbs edilmişdilər.

Hazırda Mehdi cəza müddətini çəkməkdə davam edir, Faezeh-ə qarşı isə yeni ittihamların irəli sürüləcəyi gözlənilir.

Khamenei - Khatami və Rouhani kimi Rafsanjanini də üstüörtülü şəkildə ABŞ-la yaxınlaşmaq cəhdində ittiham edirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG