Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:32

Rabitəçilər işi: 'Nazir nə deyirdi, biz də onu eləyirdik'


Vidadi Zeynalov
Vidadi Zeynalov

"Nazir nə deyirdi, biz də onu eləyirdik. Hansı rəqəmlər deyilirdi, biz də elə yazıb göndərirdik".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov dekabrın 21-də məhkəmədə belə deyib. O, müəyyən sənədlərdə rəqəmlərin şişirdildiyini etiraf edib, amma bu addımın nazir Əli Abbasovun tapşırığı ilə atıldığını vurğulayıb.

Buna da bax:​ Hakim: 'Gərək adamın bir sifəti olsun...'

Vidadi Zeynalov, "Aztelekom"un keçmiş rəhbəri Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov və daha 8 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmədə şahidlərin dindirilməsi mərhələsidi.

80 MİNİN 40 FAİZİNİ QAYTARIBLAR

Dekabrın 21-də keçirilən məhkəmə iclasında "Yeni Həyat" MMC-nin direktoru Adil Qasımov dindirilib. Deyib ki,"Aztelekom"la müqavilə bağlayıb, iş görüblər. Görülən işin qiyməti müqavilədə qarşı tərəfin istəyinə uyğun yazılıb. Tikinti üçün 80 min ayrılıb, onun 40 faizini sonradan "Aztelekom"un rəhbərliyinə qaytarıblar.

Buna da bax: Baş mühasib: 'Qurbanlıq qoyun kimi burdayam'

"Biz heç nə qazanmırdıq, hamballıq edirdik", – şahid belə deyib.

Təqsirləndirilən şəxslərdən Oqtay Rüstəmov bildirib ki, Adil Qasımov bütün işləri Vidadi Zeynalovun özü ilə həll edib.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yarandığından onun istintaqdakı ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində o, Oqtay Rüstəmovu tanıdığını, geri qaytarılan məbləğin ona çatdırıldığını göstərib. Məhkəmədə isə pulun konkret kimə verildiyini bilmədiyini deyib.

Buna da bax:​ Rabitəçilər işi: 'Mən paket sözünü bilmirdim, təzə eşitmişəm'

“CİBİMİZDƏN ÖDƏDİK”

Adil Qasımov məhkəmədəki ifadəsini təsdiqlədiyini deyib.

Təqsirləndirilən Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat ayrılması qərara alınıb. Əvvəlcə 5 milyon köçürülüb, materiallar alınıb. Sonradan qalan məbləğ üçün Maliyyə nazirliyinə müraciət olunsa da, əlavə pul ayrılmayıb: "O pulu öz cibimizdən ödədik".

"Qafqaz S İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev də şahid kimi dindirilib. Deyib ki, rayonlarda tikinti işləri ilə məşğul olublar: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədərinin gəlir olduğunu dəqiq deyə bilmirəm".

Buna da bax:​ 'Rabitəçilər işi'ndən Əli Abbasov və daha iki nəfərin işi ayrılıb

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifovun "Elçin İbrahimov kimdir? Onun Rabitə Nazirliyi ilə nə əlaqəsi var? "Qafqaz S" şirkətində rolu nədən ibarətdir?" suallarına şahid belə cavab verib: "Elçin İbrahimov dostum olub. Onu 2001-ci ildən tanımışam. Hamı bilir ki, Elçin İbrahimov keçmiş rabitə nazirinin qaynıdır".

“BU LAYİHƏ GÖYDƏNMİ DÜŞMÜŞDÜ?”

Vidadi Zeynalov özü də bildirib ki, "Qafqaz S İnşaat" MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə də nazir özü nəzarət edib.

Keçmiş nazir Əli Abbasovun xalası oğlu Həsənqulu Qurbanov da məhkəmədə şahid kimi dindirilib. O, "Aztelekom"da tikinti şöbəsinin rəisi işləyib, binaların tikintisi ilə bağlı eskiz layihələr hazırlayıb. O, prokurorun suallarını cavablandırarkən deyib ki, Qovlarda pul köçürülmə işindən xəbərsiz olub. Bu da "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin rəhbəri, təqsirləndirilən Namazəli Məmmədovun etirazına səbəb olub: "Bu layihə, smeta sənədləri bizim idarəyə göydənmi düşmüşdü? Bunları şəxsən siz özünüz təqdim etmişdiniz.

Buna da bax:​ Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Binanın tikintisinə başlananda siz özünüz də orada iştirak etmişiniz. Tikilmiş binanın vəsaiti də ödənilməyib".

Məhkəmə dekabrın 23-də davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən, xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG