Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:46

Eldar Mahmudovun qohumuna 13 il həbs cəzası verildi


Beytulla Hüseynov

«Rabitə işi» üzrə məhkəmədə hökm oxundu, «Aztelekom»un keçmiş rəhbəri həbsdən buraxıldı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, «Aztelekom»un keçmiş rəhbəri Məhəmməd Məmmədov da daxil, «Rabitə işi»ndə günahlandırılanların məhkəməsi yekunlaşıb.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, təqsirləndirilənlərdən 5-nə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, azadlığa buraxılıb. Onların arasında «Aztelekom»un keçmiş rəhbəri də var.

Təqsirləndirilən şəxslərdən Vidadi Zeynalov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynova 13 il, Namazalı Məmmədova 11 il, Emin Məmmədova 10 il, Anar Mustafayevə 5 il, Qəmbər Bəybalayevə isə 3 il həbs cəzası verilib.

Məhəmməd Məmmədov, Oqtay Rüstəmov, Səhrab Hümbətov, Cəlil CəfərovBayram Vəliyevin hər birinə 5 il 6 ay şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Hökmə görə, dövlətə dəymiş 153 milyonluq ziyanın 119 milyonu ödənilməyib. Ona görə də, təqsirləndirilən şəxslərin əmlakları da müsadirə olunub.

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG