Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:24

Sorğu: Putinə rusiyalıların cəmi 23 faizi etibar edir


Moskvada 15 iyul aksiyası
Moskvada 15 iyul aksiyası

Rusiyada ictimai rəyi öyrənmə Levada Mərkəzinin apardığı son sorğu göstərib ki, prezident Vladimir Putinə respondentlərin yalnız 23 faizi etibar edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu sorğunun keçirilməsində “açıq sual” prinsipindən istifadə olunub.

Sorğu zamanı respondentlərdən hansı siyasətçiyə daha çox etibar etdikləri barədə sual verilmişdi.

Ötən il bu metodologiya ilə keçirilən sorğuda Vladimir Putinə respondentlərin 40 faizi etibar etdiyini demişdi.

2017-ci ildə isə bu rəqəm 59 faizə çatmışdı.

Bununla belə bu sorğuda respondentlərin 60 faizi “Putinin prezidentliyindən razısınızmı” sualına müsbət cavab verib.

Rəyi soruşulanların 33 faizi Putinin prezidentliyindən razı olmadığını bildirib. Yarım il bundan əvvəl bu göstərici 68-31 nisbətində idi.

Başqa sözlərlə Putini prezident kimi bəyənənlərin də sayı azalıb.

Həbs olunan qubernator da reytinqə girib

Son aylar ərzində Vladimir Putin ölkədə koronavirus epidemiyasına ləng reaksiyasına görə tənqid olunur.

Onun prezidentlik müddətlərini “sıfırlayan” və 2036-cı ilədək hakimiyyətdə qalmasına imkan yaradan konstitusiya dəyişiklikləri Rusiyada etirazlara səbəb olmuşdu.

Levada mərkəzinin “etibar doğuran siyasətçilərin” siyahısında daha sonra baş nazir Mikhail Mishustin-in, Liberal Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky-nin və müdafiə naziri Sergei Shoigu-nun adları var.

Onlara respondentlərin 10 faizi etibar etdiyini bildirib.

Rəyi soruşulanların 3 faizi iyulun əvvəllərində həbs edilmiş Xabarovsk qubernatoru Sergei Furgal-a etibar etdiyini bildirib.

Furgal-ın həbsi Xabarovskda və Uzaq Şərqin bir sıra başqa yerlərində izdihamlı etiraz aksiyalarına səbəb olub.

Açıq sualla qapalı sualın cavab fərqi

Bu sorğu zamanı respondentlərə ənənəvi bir sual da verilib: “Ölkə düzgünmü istiqamətdə hərəkət edir?”

Bu suala rəyi soruşulanların 42 faizi müsbət cavab verib. 6 ay əvvəl bu rəqəm 52 faiz idi. Suala mənfi cavab verənlər 40 faiz olub. Daha 18 faiz suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Hakimiyyətə daha loyal sayılan rəsmi sorğu qurumu – Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğuda “açıq suala” cavablarında repondentlərin 28,6 faizi Vladimir Putinə etibar etdiyini bildirib.

Ötən il “açıq sual” metodikası üzrə aparılan sorğularda Putinin reytinqinin düşməkdə olduğunu görən mərkəz indi sorğularını “qapalı” sualla keçirir.

Bu metodla Putinin reytinqi 66, 2 faiz çıxır.

Bundan əvvəl mərkəzin sorğuları rəsmiləri hiddətləndirmişdi. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu göstəricilərə istinad edən Qərb mediasını tənqid etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG