Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 14:21

Daha 29 şəxs Cəlilabadda xəstəxanaya yerləşdirilib


Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Koronavirusdan necə qorunmalı?

Daha 29 şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin fevralın 26-da günün ikinci yarısı yaydıqları birgə məlumatda bildirilir: «Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün (fevralın 26-da) həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır».

Açıqlamada o da xatırladılıb ki, dünən, fevralın 25-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilmişdi: «Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir».

İrandan qayıdanların səhhəti ilə bağlı rəsmi açıqlama

Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərlə bağlı bu gün, fevralın 26-da növbəti açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib: «Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-nın vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir. İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə, artıq məlumat verdiyimiz kimi, müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib».

Açıqlamada yazılıb ki, sözügedən xəstəxananın məlumatına görə, həkim müşahidəsinə götürülənlərdən 2 nəfərin hərarəti normadan bir qədər yüksəkdir: «Səhhətlərində ciddi problem aşkarlanmayıb. Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir...».

Bu açıqlamada İrandan gələn və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı ilə bağlı bilgi verilmir. Qurumların fevralın 25-də verdiyi açıqlamada onların sayı 23 göstərilmişdi. Amma yerli saytların məlumatına görə, İrandan qayıdan əlavə bəzi başqa şəxslər də xəstəxanaya yerləşdirilib. Amma bu məlumat, hələlik, rəsmən təsdiqlənməyib.

İranda koronavirusdan ölənlrin sayı 16 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirilib

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olmuş 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə bu gün, fevralın 25-də axşam saatlarında Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir: «İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək».

Açıqlamada daha sonra oxuyuruq: «Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir…».

Cəlilabad rayonu Azərbaycanın İranla sərhədində yerləşir.

4 İran vətəndaşı da xəstəxanaya yerləşdirilib

Bu gün, fevralın 25-də Kliniki Tibbi Mərkəzin (KTN) Yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında belə bildirilir.

Məlumata görə, həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır: ​«19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. KTN-dən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran vətəndaşlarıdır».

Verilən məlumata görə, onlardan 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb, digər 3 nəfərdə zökəm əlamətləri var və həkim müşahidələri davam edir.

+++

Dünən, fevralin 24-ü axşam saatlarında iki nəfər də koronavirus şübhəsi ilə Bakıdakı xüsusi tibb məntəqəsinə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Bu şəxslər biri Quba, digəri Xaçmaz rayon sakinləri olan Azərbaycan vətəndaşlarıdır.

«Onların hər ikisi İrandan qayıdan şəxslərdir. Amma İranda adıçəkilən virusun yayıldığı ərazilərdə olmayıblar. Hazırda vəziyyətləri normaldır. Karantin müddəti davam etdiyi üçün xəstəxanada saxlanılacaqlar»,- nazirlikdən bildiriblər.

Rəsmilər İranla sərhəddə. 24 fevral 2020
Rəsmilər İranla sərhəddə. 24 fevral 2020

Rəsmilər İranla sərhəddə

Bu gün, fevralın 24-də Azərbaycanın bir sıra rəsmi şəxsləri İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən «Astara» və «Biləsuvar» buraxılış məntəqələrinə səfər ediblər.

Onlar Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və mütəxəssislər olublar.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində son vaxtlar İranda müşahidə olunan koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyəsi üzrə hazırlığın vəziyyəti nəzərdən keçirilib.

Verilən məlumata görə, müzakirələr zamanı fevralın 24-nə kimi xəstəliyə yoluxma ilə bağlı şübhələrin olmaması nəzərə alınmaqla, gələcəkdə ehtimal olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Habelə, dövlət sərhədindən keçən şəxslərin bu epidemiya barədə maarifləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

İki şəxs...

Fevralın 24-də Kliniki Tibbi Mərkəzin (KTM) Yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Məlumatda vurğulanır ki, onların biri İran, o biri isə Azərbaycan vətəndaşıdır. Qeyd edildiyinə görə, onlar İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər:


«Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir».​

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.6 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Multimedia

XS
SM
MD
LG