Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Rəhim Qaziyevə hücum olub


Rəhim Qazıyev (Foto arxivdəndir)
Rəhim Qazıyev (Foto arxivdəndir)

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin hücuma məruz qaldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna jurnalist Əvəz Zeynallı məlumat verib. Məlumata görə, bu gün, iyunun 12-də Rəhim Qaziyev Bakının Yasamal rayonunda yaşadığı evindən çıxarkən hücuma məruz qalıb:

"Rəhim bəy hadisəni özü mənə danışdı. Təxminən 17:00-da o, evdən çıxıb, bir azdan isə arxadan ona güclü zərbə endirilib. Hücum edənlər heç nə deməyib, dəmir parçası ilə arxadan başından vurub, qaçıblar. İki ya da üç nəfər olublar. Rəhim bəyin başı yarılıb…"

Əvəz Zeynallı bildirib ki, hadisə barədə Təcili Yardımın "103" xidmətinə və Daxili İşlər Nazirliyin "102" Qaynar Xəttinə məlumat verilsə də, bir saat onunla maraqlanan olmayıb:

"Sonda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib elə bu vəziyyətdə olan Rəhim bəyi bölməyə apardılar…"

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan” agentliyinə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. “Araşdırmanın nəticələri barədə məlumat veriləcək”, deyə o qeyd edib.

Təcili yardım maşının 1 saat ərzində gəlməməsi ilə bağlı deyilənlərə isə rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Rəhim Qaziyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub.

1993-cü ilin payızında həbs edilib.1994-cü ildə onun həbsdən qaçdığı bildirilir. Hərçənd, Rəhim Qaziyev həmin vaxt ona qarşı təxribat hazırlandığını deyir.

1995-ci il mayın 12-də Rəhim Qazıyev üç maddə ilə (külli miqdarda dövlət əmlakını talamaq, vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilir.

1996-cı ildə saxlanaraq, yenidən həbs edilir. 2003-cü ildə onun haqqında höküm 1 5 il həbs cəzası ilə dəyişdirilib.

O 2005-ciildə əfv olunub.

XS
SM
MD
LG