Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:48

Rüfət Səfərov saxlanıb buraxıldığını deyir


Rüfət Səfərov
Rüfət Səfərov

Keçmiş müstəntiq, hazırda ictimai fəal Rüfət Səfərovun sərbəst buraxıldığı bildirilir.

Rüfət Səfərovun özünün sözlərinə görə, onu bu gün, fevralın 18-də mülki geyimli şəxslər saxlayıb:

"İki nəfər yaxınlaşdı, qolumu burdular, otuzdurdular maşına. Əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə gətirdilər. Orada təxminən 3 saat saxladılar, hədə-qorxu etdilər. Sonra isə Binəqədi Rayon Polis İdarəsinə apardılar. Orada məndən "xoşagəlməz çıxışları" dayandırmağı tələb etdilər, lakin hansı çıxışları nəzərdə tutduqları barədə heç nə demədilər. Daha sonra bildirdilər ki, bu mənə olan son xəbərdarlıqdır və sərbəst buraxdılar".

Bu deyilənlərə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

Amma bu qurumlar bir qayda olaraq insanlara siyasi baxışlarına görə, basqı edilməsi ilə bağlı deyilənləri təkzib edirlər.

***

Bundan əvvəlki xəbərlərdə Keçmiş müstəntiq, hazırda ictimai fəal Rüfət Səfərovu fevralın 18-də mülki geyimli şəxslərin saxlayıb naməlum istiqamətə apardıqları deyilirdi.

Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 17 radələrində baş verib və saxlandıqdan sonra oğlu ilə əlaqə saxlaya bilməyib.

Bəzi sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, Rüfət Səfərovun saxlanması onun yazdığı statuslarla bağlı ola bilər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “Turan” agentliyinə deyilən bu məsələ barədə məlumatı olmadığını söyləyib.

Daxili İşlər Nazirliyindən isə deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlara göz yummaqda ittiham etdikdən sonra istefaya çıxıb.

O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib.

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG