Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:17

Zəlzələdən sonra rüşvətdə şübhəli bilinən şəxslər həbs edilib


İllüstrasiya

7 il öncə Zaqatala və Balakən rayonlarında baş verən zəlzələ nəticəsində evləri dağılmış şəxslərdən rüşvət almaqda şübhəli bilinən Heyran Əlbəşirova və onun əri Balağa Əlbəşirov barəsində 2019-cu ildə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün, iyunun 7-də yaydıqları birgə məlumatında yazılıb.

Məlumatda qeyd edilir ki, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Heyran Əlbəşirovanın hərəkətləri barədə toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsindən ötrü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Rəsmi açıqlamada vurğulanır ki, onların 21 nəfərə məxsus cəmi 24 min manat pulu ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr var.

Onların istintaq nəticəsində bir sıra maddələrlə ittiham eildiyi bildirilir. Bura Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4,312.2 ( bilə-bilə ona rüşvət verməyə təhrik etmə) maddələri daxildir. Habelə onlar 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni istifadə etmək məqsədi ilə saxtalaşdırma ) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunaraq həbs ediliblər.

Hələlik, bu açıqlamaya həbs edilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2012-ciil mayın 7-də Azərbaycanın şimalında 6 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri Zaqatalada olub. Episentri Balakəndə olmaqla eyni gücdə ikinci zəlzələ həmin ilin sentyabrda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi 2012-ci il mayın 8-dən 2013-cü il feralın 10-na kimi 33 276 evə baxış keçirdiyini açıqlayıb və 5059 evin qəza vəziyyətində olduğunu bildirib.

Açıqlamaya görə, 5905 evin əsaslı təmirə, 11027 evin isə yüngül təmirə ehtiyac olduğu barədə rəy verilib.

Eyni zamanda, bir çox kənd məktəbinin, habelə bəzi sosial obyektin də xəsarət gördüyü vurğulanıb. Hökumət həmin bölgədə zəlzələnin uçurtduğu bir sıra evləri yenidən tikib, bəzi evlər təmir edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG