Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Rüşvətə görə həbs olunan polkovniki məhkəmə azadlığa buraxdı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, həbsdə olan polkovnik-leytenant Namiq Əsədov məhkəmə zalından azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 13-də çıxarılan hökmlə ona şərti cəza verilib.

N.Əsədov 350 manat rüşvət almaqda suçlanaraq həbs edilmişdi.

CM-in 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan N.Əsədov üçün prokuror 5 il həbs cəzası istəmişdi.

İddia olunur ki, N.Əsədov «Bakı yük» MMC-nin meneceri Rüfət Əliyevdən rüşvət alıb. Bu pulla o, Almaniyadan «Liebherr-Azeri LLC» MMC-yə göndərilən malların (kranlar üçün yağ) gömrük rəsmiləşməsini tezləşdirəcəkmiş. İttihamda yazılıb ki, menecer ondan tələb olunan pulu verməyə razılaşsa da, bu haqda sonradan Gömrük İdarəsinə şikayət edib.

Amma polkovnik özünü təqsirli bilmir. Deyir ki, nə kimdənsə pul istəyib, nə də alıb: «Üç maşın malları gəlmişdi. Onlardan birinin gömrük ödənişi sistemə oturmuşdu, onu buraxdım. Bir gün sonra sistemə baxdım ki, o biri ikisi də oturub, onları da buraxdım».

İttihamda yazılıb ki, pulu N.Əsədov özü gedib almayıb, İsmayıl Əliyev adlı başqa bir tanışını göndərib. O da bunu təsdiqləyir: «Namiq müəllim dedi ki, bir nəfər səninlə əlaqə saxlayacaq, bir şey verəcək».

350 manat rüşvət verdiyi iddia olunan R.Əliyev deyir ki, malların təkrar laboratoriyadan keçirilməməsindən ötrü razılaşıb: «Bizim mallar gömrükdən çıxarılanda maliyyə inspektoru kimi Namiq Əsədov təyin edildi. Namiq Əsədov dedi ki, yükü laboratoriyaya göndərmək lazımdır. Mən isə bildirdim ki, yük artıq laboratoriyadan keçib və eyni mallardır. Dedi ki, mümkün deyil, yenidən laboratoriyaya göndəriləcək. Bu da bizə sərf eləmirdi. Çünki hər maşına görə gömrükdə qalacaq bir gün üçün əlavə 150 dollar ödəmək lazım idi...».

Polkovnik isə deyilənləri təsdiqləmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG