Futbol üzrə 2015-ci il "Qızıl top"un sahibi müəyyənləşdi.
Sürixdə keçirilən tədbirdə"Qızıl top" uğrunda Madridin "Real" klubundan Cristiano Ronaldo, "Barselona"dan isə Lionel Messi və Neymar mübarizə aparırdılar.
Bunadək Messi bu mükafata 2009, 2010, 2011 və 2012-ci illərdə, Ronaldo isə 2008, 2013 və 2014-cü illərdə layiq görülüb.
Braziliyalı Neymar isə "Qızıl top" uğrunda ilk dəfədir ki, mübarizə aparırdı.
“Barselona” nın baş məşqçisi Luis Enrique isə 2015-ci ilin ən yaxşı məşqçisi seçildi.
Bu mükafat uğrunda Münhenin “Bayern” klubunun baş məşqçisi Pep Guardiola, və Çili millisinin baş məşqçisi Jorge Sampaoli mübarizə aparırdı.
Qadınlar arasında ilin ən yaxşı baş məşqçisi isə ABŞ millisinin məşçisi Jill Ellis oldu.
"Puskás" mükafatı-ən yaxşı qolun müəllifi Braziliyanın "Vila Nova" klubunun hücumçusu Wendell Lira seçildi.
Qadınlar arasında ilin futbolçusu Carli Lloyd oldu. Lloyd hazırda ABŞ-ın "Houston Dash" klubu və ABŞ millisinin üzvüdür.