Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

'Meşələri kəsib obyektlər tikməsəydilər, indi sürüşməzdik'


Döğranmış meşə
Döğranmış meşə

“Kənddəki ağacları kəsib yerində obyekt tikəndə, çox yerə yazdım ki, bu ağacların kötükləri torpaq sürüşməsinin qənimidir. Onları kəsməklə kəndin gələcəyini təhlükəyə atırlar”.

Qusarın Urva kəndində yaşayan Qiyasəddin Əzəmətov son günlər kənddə baş verən sürüşmənin səbəbini ağacların kəsilməsində görür. Vaxtında yazdıqlarına məhəl qoyulmayan Qiyasəddin kişiyə indi boğçasını yığıb başqa yerə köçməyi təklif edirlər. Sürüşmə onun evinə qədər gəlib çatıb.

Buna da bax:​ ‘Tərslikdən özüm də vegeterianam...’

“Son illər dərəbəylik oldu”

Qiyasəddin Əzəmətovun fikrincə, ağac kötükləri sürüşən torpağın qarşısını alan əsas amildir:

“O vaxtlar böyüklərimiz də tövsiyə edərdilər ki, ağacları kəsməyək. Çünki onların dərin kötükləri torpağın dərinliyinədək nüfuz edir, torpağın altında şaxələnir, bərkiyir, sürüşmənin qarşısını sədd kimi alır. O vaxt bu zonada ağacları ona görə sıx əkərdilər. Son illər dərəbəylik oldu, meşələri kütləvi qırıb apardılar. Kəndin içində hər yer satıldı, ağacları kəsib kafe, mağaza tikdilər. Mən Bakıya yazırdım, ovaxtkı başçı çağırıb danlayırdı ki, “ay Qiyasəddin kişi, utanmırsan, hər şey qurtarıb, indi də ağac kötüyündən Bakıya yazırsan”. Heyf indi o başçı yoxdur, ona deyərdim ki, mən bu gün üçün yazmışdım”.

Buna da bax:​ Bu dəfə mişarlar Bakıxanovda işə düşüb- [Fotolar]

“Bizə hələ heç nə deyilməyib”

Kənd sakini Nəzməddin Qaraçayov deyir, hələlik, köçürmə haqqında ona heç bir söz deyilməyib:

“Ancaq kəndin o tərəfində nəsə belə söz-söhbət var. Hara köçürsələr, getməkdən başqa əlacımız yoxdur. Mənim tanışlarım var, onlara deyiblər ki, “2-3 günlük yer tap, köç, sonra ev verəcəyik”. Bizə hələ heç nə deyilməyib. Bu sürüşmə meşədən gəlir. O vaxt Qənərçay da belə sürüşüb əldən getdi. Ağaclar qırılıb, torpağın altında boşluqlar yaranıb. Gərək vaxtında qarşısını alaydılar. Torpaq sürüşdükcə, bunlar ağacları kəsiblər, bu da axırı…”.

Buna da bax:​ ​Yeni Günəşlidə "keçəl qız" əməliyyatı- [Fotolar]

“Köçürülən ailələrə evlər tikilib”

“Report” xəbər verir ki, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb. Nəticədə kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb. Qusar rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, köçürülən ailələrə evlər tikilib: “Urva sürüşmə zonası siyahısına daxildir. 8 il əvvəl Qənərçay kəndində də eyni vəziyyət olmuşdu. Bir neçə ev tam dağılmış, bir neçəsi də qəzalı vəziyyətə düşmüşdü. Həmin evlərin sakinlərinə kompensasiya verildi”.

Qurumdan bildiriblər ki, sürüşməyə səbəb meşələrin qırılması yox, son illər yağan güclü yağışların torpağı yuyub aparmasıdır.

XS
SM
MD
LG