Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:20

Quruyan ağaclar üçün məsuliyyəti kim daşıyır?


Yanan EuroHome kimə məxsusdur? Sahibkarlara dəyən ziyan ödəniləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:10:16 0:00

Yanan EuroHome kimə məxsusdu? Sahibkarla dəyən ziyan ödəniləcəkmi?

Azərbaycanda tez-tez müxtəlif ağacəkmə kampaniyaları keçirilir. Bəs, yeni əkilən bu ağacların sonrakı aqibəti necə olur? Həmin ağaclara hansı qurum qulluq edir?

Elə bu günlərdə birinci vise-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “təbiətə öz töhfəni ver” devizi altında yeni ağacəkmə kampaniyası keçirilib. Prezident İlham Əliyev və Mehriban Əliyeva da bu kampaniyada iştirak ediblər. Rəsmi məlumata görə, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkildiyi bildirilir.

Elə prezident İlham Əliyevin özü də yeni əkilən ağaclara qulluqdan, quruyan ağaclardan danışıb. O Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə bununla bağlı tapşırıq verib. Onların arasında belə bir dialoq olub:

Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub.

Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq.

Azərbaycanda son illər tez-tez müxtəlif ağacəkmə kampaniyaları keçirilir. Məsələn, rəsmi məlumatlarda eks prezident Heydər Əliyevin doğum günü münasibəti ilə və ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə “hərəyə bir ağac əkək” kampaniyalarında yüz minlərlə ağacların əkildiyi bildirilir.

2018-ci ilin mayında Bakı şəhər Təhsil idarəsi və Sabunçu rayon icra hakimiyyəti birgə ağacəkmə kampiyanası keçirib. Rəsmi məlumata görə Heydər Əliyevin doğum günü münasibəti ilə mindən çox ağac əkilib. Lakin bu gün həmin ərazidə bir dənə də olsun yeni əkilən ağaclardan əsər əlamət qalmayıb, hamısı quruyub.

Ən asanı əkməkdir...

Ekoloq Telman Zeynalov bildirir ki, bu ilk hal deyil. Belə nümunələr kifayət qədərdir. O bunun ilk səbəbini əkin qaydalarına əməl etməməkdə görür. Ekspert bildirir ki, dağlıq-qayalıq, susuz yerdə ağac əkilsə, əlbəttə ki, o quruyacaq:

“Ağac əkilir, göstərilir. Sonra da beləcə quruyub, gedir. Geriyə də beləcə heç nə qalmır. Birincisi burda su yoxdur, ikincisi su olsa belə onun keyfiyyəti öyrənilməlidir. Neftli ərazilər var, bütün kimayəvi maddələrlə zəngin olur. Həmin torpaqlar təmizlənmədən ağac əkilir”.

Bəs, ağaclara hansı qurum quluq edir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova AzadlıqRadiosuna bildirib ki, yeni əkilən ağaclar Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansına verilir. Ağaclara qulluq məsələsinə də onlar baxır.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Orxan Məmmədov isə bildirir ki, onlar öz əkdikləri və onların balansına verilən ağaclara məsuliyyət daşıyırılar:

“Bütün qurumlar ağac əkə bilər. Belə bir məhdudiyyət yoxdur. Amma ağaclara qulluğa elə o ağacı əkən qurum daşıyır. Ağaclara qulluğu öz balansımıza götürmək üçün həmin ağacları əkən qurumlar bizə rəsmi məktbubla müraciət etməlidir”.

Orxan Məmmədov deyir ki, yaşıllaşdırma təsərrüfatı birliyinin müxtəxəssislərinin rəyi əsasında həmin ağacların balansa götürülüb-götürülməməsi haqda qərar verilir.

Orxan Məmmədov bildirir ki, onların balansında olan yeni əkilən ağacların 95 faizi tutub.

Yeni əkilən ağaclara qulluq məsələsini prezident İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Prezident özü bu məsələdən danışandan ağaclara qulluq artacaqmı, bunu zaman göstərəcək.

XS
SM
MD
LG