Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Qurultay başa çatdı


Türk dili qurultayı
Türk dili qurultayı

XI Beynəlxalq Böyük Türk qurultayı başa çatdı

Macarıstanın paytaxtı Budapeştdə sentyabrın 25-dən 28-nə qədər davam edən XI Beynəlxalq Böyük Türk qurultayı öz işini başa çatdırıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, qurultaya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun rəhbərliyi ilə Azərbaycan türkoloq və dilçilərinin bir qrupu qatılıb.

Budapeştdəki Yunis İmrə Türk Kültürü institutunda keçirilən qurultayda müxtəlif türkdilli respublikalardan, habelə Polşa, Rumıniya, Rusiya Federasiyası, Albaniya, Macarıstan və b. ölkələrdən alimlər iştirak ediblər.

Plenar iclaslardan ikisi Azərbaycan alimlərinin - Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Roza Eyvazovanın və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi altında keçirilib.

Xəbərdə vurğulanır ki, bütünlükdə 9 plenar iclasdayüzə yaxın məruzə dinlənilib və müzakirə edilib.

Azərbaycanlı dilçilərdən Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva ölkə dilçilik elminin son illərdə keçdiyi inkişaf yolunu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri əks etdirən maraqlı məruzələrlə çıxış ediblər.

Qurultay zamanı onlar digər ölkələrdən gəlmiş həmkarları ilə görüşərək gələcək elmi əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Qurultayın son günü Azərbaycanın Macarıstandakı səfirliyində alimlərlə görüş təşkil olunub.

Növbəti XII Böyük Türk Dili qurultayının gələn ilin oktyabrında Berlində keçirilməsi qərara alınıb.

XS
SM
MD
LG