Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

'Qurban Qurbanova yetərli dəstək verilmədi'


Q.Qurbanov
Q.Qurbanov

«Qurban Qurbanovun futbol üzrə milli komandanın baş məşqçiliyindən ayrılması kifayət qədər düşündürücüdür».

Bunu qol.az sayının rəhbəri Aydın Bağırov bildirib. Onun sözlərinə görə, Q.Qurbanova qədər bu postda B.Forqtsa altı il, Xorvatiyadan olan baş məşqçi R.Prosineçkiyə isə iki il imkan yaradılıb. 2017-ci ildə Azərbaycan futbolunda əsas sükan arxasına keçən Q.Qurbanovla isə bir il sonra yollar ayrılıb.

A.Bağırov iddia edir ki, Q.Qurabanov yığma komandanın baş məşqçiliyindən istefa vermək fikrində olmayıb: «Bu hadisədən 3-4 gün öncə Q.Qurbanov Avropa Çempionatının seçmə oyunları ilə bağlı püşkatma mərasimində iştirak edib, əgər yığma komandanın baş məşqçiliyini tərk etmək fikri olsaydı, bu mərasimə getməməli idi».

O hesab edir ki, Q.Qurbanovun yığma komandanın baş məşqçiliyi vəzifəsindən getməsində uğursuz nəticələrin təsiri 50 faizdir: «Qalan 50 faiz isə tərəflər arasında olan fikir ayrılıqlarından irəli gələn məsələdir. Bu, gizlin deyildi. Amma rəsmi olaraq buna əsas kimi uğursuz nəticələri, iki komandanın baş məşqçisi olmasını göstərirlər. Görünən bu oldu ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsi Q.Qurbanova yetərli dərəcədə dəstək vermədi».

Xatırlatma

Q.Qurbanov 10 ildir «Qarabağ» futbol klubunun baş məşqçisidir.

2017-ci ilin noyabrında yığma komanda da ona etibar edilmişdi.

Ancaq Q.Qurbanov «Qarabağ» klubunda Azərbaycan futbolunda tarixi nəticələrə nail olsa da, (Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrupuna yüksəlmək) milli komandada UEFA Millətlər Liqasında təmsil olunduğu qrupdan çıxa bilməyib. Həmin qrupda Azərbaycandan başqa, Malta, Farer adaları və Kosovo millisi təmsil olunurdu.

2018-ci il dekabrın 8-də o, AFFA İcraiyyə Komitəsinin iclasında milli yığma komandanın baş məşqçisi vəzifəsindən kənarlaşıb. Q.Qurbanov həmin qərardan sonra mətbuata açıqlamasında bunları demişdi: «Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır. Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini «Qarabağ»dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim...».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG