Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:52

Qurban Qurbanov millinin sükanı arxasında


Qurban Qurbanov
Qurban Qurbanov

Bu gün, noyabrın 3-ü Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Gündəlikdə ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

«Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq», - deyə məlumatda vurğulanır.

R.Prosineçkinin müqaviləsinin müddəti dekabrda başa çatır. O, bu posta 2014-cü ildə gətirilmişdi. Onun rəhbərliyi altında Azərbaycan yığması 2018-ci il Dünya çempionatının seçmə mərhələsində 10 xalla qrupda 5-ci yeri tutub.

Q.Qurbanov isə «Qarabağ» klubuna rəhbərlik edir. «Qarabağ» artıq bir neçə ildir Q.Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olur. Bu il isə Azərbaycanın futbol tarixində ilk dəfə «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Qurban Qurbanov «Qarabağ»ın sükanını əldən vermir

«Yekdil qərarla Qurban Qurbanov futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi təyin olundu».

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin, bu gün, noyabrın 3-ü keçirilən iclasından sonra söyləyib.

AFFA prezidentinin deməsinə görə, Q.Qurbanov «Qarabağ» klubunun baş məşqçisi və İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG