Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 19:17

Sabahdan Qurban yarmarkaları təşkil olunacaq


Foto arxivdəndir

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Qurban bayramı ilə əlaqədar sabahdan, avqustun 21-dən başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə yarmarkalar təşkil edəcək.

Nazirliyin məlumatına görə, yarmarkalarda təxminən 35 min baş iri və xırdabuynuzlu heyvan satışa çıxarılacaq. 20 min baş heyvanın qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirildiyi, yerli 15 min başa yaxın heyvanın isə yerli təsərrüfat obyektləri hesabına bazara çıxarılacağı bildirilir.

Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Onların Bakının 32 nöqtəsində və Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

Satış yarmarkaları Bakıda Nərimanov rayonundakı Keşlə bazarında, Suraxanıda Yeni Günəşli qəsəbəsində, Binəqədidə Rəsulzadə qəsəbəsində, Biləcəridəki “Dördyol” adlanan yerdə, “Ət pavilyonu” adlanan ərazidə təşkil olunacağı bildirilir.

Xətaidə Zığ yolunda, Yasamalda “İdeal” şadlıq sarayının həyətində, Xəzər rayonunda “Lambir“ müəssisənin arxasında, Qaradağda “Meyvəli” MMC-nin ərazisində və başqa nöqtələrdə də satış yarmarkaları keçiriləcək.

XS
SM
MD
LG