Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

'Qul bazarı'nda: 'Başqa imkanımız yoxdur, and olsun allaha...' [video]


Xərclənən milyonlar bölgələrdə həyatı dəyişirmi?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Hökumət regionlara milyonlarla pul xərclədi - xərclənən pulları həyatında hiss edirsən? [A-Live]

Biləsuvar rayonun Ağayrı kənd sakini 58 yaşlı Əjdər Rüstəmovla bir neçə ay Bakıda rastlaşmışdıq. O deyirdi ki, paytaxta iş dalınca gəlib. Gecəsi 2 manata kirayədə qalır.

Əjdər Rüstəmov ailəsinə də 3 aydan bir dəfə baş çəkə bilir:

“Kəndə ailəm dükandan borc götürüb, dolanır. Gözləyirlər ki, atamız pul gətirəcək ödəyəcəklər. Başqa imkanımız yoxdur, and olsun allaha. Dolana bilmək üçün bir çıxış yolu axtarırıq. 3-4 ayda bir dəfə ailəmin yanına gedə bilirəm”.

Əjdər Rüstəmov onunla birlikdə qul bazarına çıxanları göstərib, deyirdi ki, əksəriyyət onun kimi Azərbaycanın müxtəlif yerlərindən iş dalınca Bakıya gələnlərdir.

Əjdər Rüstəmov kimi ölkənin ucqarlarından gəlib Bakıda iş axtaranlar nə birdir, nə iki. Hakimiyyətin tənqidçiləri olan müstəqil ekspertlər bildirirlər ki, indi bu cür vətəndaşların sayı az yüz minlərlədir.

Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

Dövlət Statistika Komitəsinin bir məlumatı Əjdər Rüstəmov kimi vətəndaşları ailəsini tərk edib Bakıya üz tutmağa məcbur edən səbəbləri bəlkə də daha yaxşı izah edər. Komitənin məlumatına görə 2016-cı ildə ölkə iqtisadiyyatında yaranan Ümumi Daxili Məhsulun 77 faizi Bakının payına düşür. Yəni, bütün Azərbaycan üzrə iqtisadiyyatın az qala 80 faizi Bakıda formalaşıb.

Bakının "Qul bazar"larına çıxanları statistika maraqlandırmır
Bakının "Qul bazar"larına çıxanları statistika maraqlandırmır

Halbuki, hələ 13 il öncə, 2004-cü ildə Azərbaycan hökuməti “regionların sosial-iqtisadi inkişafı” adlı dövlət proqramının icrasına başlamışdı. O zaman hökumət əsas məqsədinin bütün ölkə üzrə iqtisadiyyatın balanslı inkişafını təmin etmək olduğunu deyirdi.

Buna da bax: Müəllim qul bazarından kababçı gedir

İqtisadiyyat nazirliyinin rəsmi internet səhifəsində regionların hərtərəfli inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları haqda detallı məlumatlar yerləşdirilib.

Həmin məlumatlarda yeni yolların, su kəmərlərinin, qaz xətlərinin çəkilməsindən tutmuş, elm, səhiyyə və digər sahələrdə görülən işlərdən, əldə olunan nəticələrdən bəhs olunur. Hələlik, iş yerləri haqda yazılanlara diqqət yetirək:

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı 2004-cü ildən 2017-ci ilin ilk 6 ayında ölkədə 1,79 milyon yeni, 1,33 milyon daimi iş yeri yaradılıb. Təkcə 2017-ci ilin ilk yarısında 101 mini daimi, 122 min yeni iş yeri açılıb".

Buna da bax: «Bütün günü iş gözləyirik»

İqtisadçı Rövşən Ağayev isə öz "Facebook" hesabında elə Dövlət Statistika Komitəsinin iqtisadiyyatla bağlı məlumatına diqqət çəkir. 2016-cı ildə ölkə iqtisadiyyatında yaranan ÜDM-nin 77%-i Bakı şəhərində formalaşıb. Yerdə qalan 10 faiz Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvanın payına düşür. Bu 6 şəhər çıxsaq, bütün respublika ərazisinin payı isə cəmi 10 faiz edir.

Azerbaijan -- economic expert Rovshan Agayev, Baku, 14Dec2010
Azerbaijan -- economic expert Rovshan Agayev, Baku, 14Dec2010

Rövşən Ağayev yazır ki, lokal iqtisadiyyatın inkişafı yerli idarəetmə islahatlarından keçir:

“Yeri gəlmişkən, Avrointeqrasiyada yeni tərəfdaş ölkələrin üzərinə qoyulan əsas öhdəliklərdən biri məhz tarazlı regional inkişaf və xüsusilə kənd inkişafıdır. Amma iqtisadi inkişafa yerli idarəetmə islahatlarından kənar ayrıca məsələ kimi baxılmır. Yanaşma budur ki, lokal iqtisadiyyat üçün inkişafa yol yerli idarəetmə islahatlarından keçir”.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Prezident İlham Əliyev və ölkənin digər rəsmilər öz çıxışlarında hökumətin əsas məqsədinin regionların inkişafı olduğunu vurğulayırlar. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2017-ci ilin 6 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu 690 sahibkara 63,3 milyon manatlıq kredit ayrılıb. Vurğulanır ki, 74 faizi regionların payına düşən bu kreditlər hesabına 2300-dən çox yeni iş yeri yaradılıb.

Biz Bakı sakinlərinin fikirlərini öyrənmişik. Onlardan soruşmuşuq ki, rayonlarda iş, yaşayış şəraiti yaratmaq üçün hökumətin planları sizcə, nə qədər uğurlu olur?

Sizcə, rayonlarda iş yaratmaq üçün hökumətin planları nə qədər uğurludur?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycan Hökumətinin yeni strateji yol xəritəsində əsas məqsədlərdən biri də regionların inkişafıdır. Burada yeni sənaye parklarının, emal sahələrinin yaradılması, bir sözlə əhalinin məşğulluğunu artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək hədəflənir.

Buna da bax: Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır

İqtisadçı Zöhrab İsmayılsa vurğulayır ki, bu hədəflərə çata bilmək üçün inhisar, korrupsiya, məmur özbaşınalığı ilə mübarizə gücləndirilməlidir. Əks halda 13 ildir hər il dövlət büdcəsində milyonlarla manat vəsait hesabına başa gələn regionların sosial iqtisadi inkişafı dövlət proqramı kimi özünü doğrulda bilməyəcək. Nəticədə də regionlarda yaşayanlar iş üçün ya xaricə, xaricə gedə bilməyənlərsə Bakıya üz tutmalı olacaq.

Buna da bax:

Bakıda fəhlə bazarında prezidentin dediyi yeni açılan iş yerlərindən xəbərsizdirlər
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG