Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:38

Quentin Tarantino-nun gözündə 12 ən şahanə film


Quentin Tarantino
Quentin Tarantino

Quentin Tarantino-nun «Bir zamanlar Hollivudda» (Once Upon a Time in Hollywood) filmi 10 nominasiya üzrə bu ilin Oskar mükafatına namizəd göstərilib. Bunların arasında «ən yaxşı film» və «ən yaxşı rejissor» nominasiyaları da var.

Tarantino başladığı «Star Trek» layihəsində rejissorluqdan geri çəkildiyini deyib. Ancaq layihənin özünün «yaxşı ideya» olduğunu və filmi çəkənlərə məsləhətlərini əsirgəməyəcəyini də vurğulayıb. O özünün yazdığı «Səxavət qanunu» (Bounty Law) layihəsinin beş seriyasının beşini də çəkəcəyini bildirib. Tarantino 60-cı illərin vesterni tərzində yazdığı bu filmi Leonardo Di Caprio-nun Rick Dalton obrazı üçün yaradıb. Rejissor filmi ilyarıma çəkəcəyini söyləyib. «Bir zamanlar Hollivudda» filmi Rick Dalton-u tamaşaçıya tanıtsa da, Tarantino «Səxavət qanunu» layihəsini bu filmin davamı saymadığını diqqətə çatdırıb.

56-yaşlı Quentin Tarantino 30 ildən artıqdır ki, özünün kinematoqrafik həssaslığı ilə pərəstişkarlarının diqqətini çəkir.

«Open Culture» saytı yazır ki, bu həssaslığı onu məşhur rejissorlardan birinə çevirib. Sözügedən həssaslıq onun ciddi kino vurğunu olmasından da qaynaqlanır. O, karyerasına videoarxiv işçisi kimi başlayıb. «New Beverly Cinema» adlı kinoteatrın sahibi olub. Tarantino-nun evində hər kinosevərin arzuladığı ev kinoteatrı və çox böyük afişa kolleksiyası var. Onun sevdiyi filmlər arasında Kubrick, Allen və Scorsese-nin əsərləri var.

Tarantino-nun ən çox sevdiyi filmlər

  • «Apokalipsis bu gün» (Apocalypse Now) (Francis Ford Coppola, 1979)
  • «Dözülməz ayılar» (The Bad News Bears) (Michael Ritchie, 1976)
  • «Kerri» (Carrie) (Brian de Palma, 1976)
  • « Kefli və çaşqın» (Dazed and Confused) (Richard Linklater, 1993)
  • «Yaxşı, pis və çirkin» (The Good, the Bad, and the Ugly) (Sergio Leone, 1966)
  • «Böyük qaçış» (The Great Escape) (John Sturges, 1963)
  • «Onun özəl günlərdə sevgilisi» (His Girl Friday) (Howard Hawks, 1939)
  • «Çənələr» (Jaws) (Steven Spielberg, 1975)
  • «Qəşəng qızlar, sıraya düzülün» (Pretty Maids All in a Row) (Roger Vadim, 1971)
  • «Legitim zorakılıq» (Rolling Thunder) (John Flynn, 1997)
  • «Cadugər» (Sorcerer) (William Friedkin, 1977)
  • «Taksi sürücüsü» (Taxi Driver) (Martin Scorsese, 1976)

«Yeni Hollivud» hərəkatı

«Kriminal qiraət» (Pulp Fiction), «Ceki Braun» (Jackie Brown) və «Zəncirdən açılmış Canqo» (Django Unchained) kimi filmləri ilə tanınmış Quentin Tarantino «Sight and Sound» kinoteatrlar şəbəkəsinin 2012-ci ildə keçirdiyi sorğuda yuxarıda adları çəkilən bu filmlərə səs verib. Hiss olunur ki, mahir kino ustası olan Tarantino öz janrına yaxın rejissorlara üstünlük verir. Gördüyümüz kimi, siyahıda de Palma, Leone, Hawks, Spielberg və Friedkin kimi adlar var. «Apokalipsis bu gün» və «Taksi sürücüsü» kimi digər seçimlərsə 70-ci illərin «Yeni Hollivud» (New Hollywood) hərəkatı ilə bağlı kinorejissorların işləridir. «Yeni Hollivud» hərəkatı Amerika meynstrimində kreativ kinematoqrafın 80-ci illərdən öncə şölələnən son böyük alovudur. 1980-ci illərin sonlarında və 90-cı illərdə «İndivud» (Indiewood) hərəkatı özünün zirvə nöqtəsinə çatmışdı. Bu dövrdə təkcə Tarantino-nun özünün yox, həm də «Avara» (Slacker) filmini çəkən Richard Linklater-in karyerası çiçəklənib. «Avara» və siyahıda adı çəkilən «Onun özəl günlərdə sevgilisi» filmlərini internetdə pulsuz izləmək mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG