Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Şimal və cənub rayonlarına qar yağıb-FOTOLAR


Yardımlı rayonu Ostayır kəndi, 20 aprel 2019

Aprelin 19-dan başlayaraq Azərbaycanın cənub və şimal rayonlarına, dağlıq bölgələrə qar yağmaqdadır.

Komissiya sədri: Meyvəçiliyə ziyan dəyə bilər

Lerik rayonuna yağan qar elektirk təminatında problemlər yaratmasa da çiçəklənmə mövsümü ilə əlaqədar meyvə istehsalına mənfi təsir göstərə bilər.

Bunu Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məıikov bildirib.

“Kəndlərdə, rayon mərkəzində qar o qədər çox olmasa da yerdə qalır. Dağlarda isə 15-20 santimetr olar. Qar hələ də yağmaqda davam edir” komissiya sədri bildirib.

H.Məlikov vurğulayıb ki, Lerik rayonunda alma ağacları, ərik ağacları çəçəkləmib.

Komissiya sədri qeyd edib ki, mütəxəssislər çiçəklənməni şaxta vurmasından, bunun nəticəsində məhsuldarlığın aşağı olmasından ehtiyatlanırlar.

uba rayonuna da qar yağıb. Rayon icra hakimiyyətindən verilən məlumata görtə, dağlıq ərazilərindəki kəndlərə daha çox qar yağıb.

“Qrız, Qonaqkənd, Xınalıq kəndlərinə daha çox qar düşüb. Haradasa 10-15 santimetr həddində olar”, deyə bildiriblər.

Quba rayonu Azərbaycanda alma bağları ilə tanınır. Bəs yağan qar meyvə bağlarına ziyan vura bilərmi?

Rayondan deyiblər ki, hələlik, ziyandan danışmaq olmaz. Onların deməsinə görə, adətən Qubada ağacların çiçəkləməsi aprel ayının sonuna tasadüf edir, buna isə təqribən bir həftə var.

Yardımlı rayonu, Ostayır kəndi
Yardımlı rayonu, Ostayır kəndi

XS
SM
MD
LG