Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

İqtisadçı: “Görəsən, Novruz müəllim 4-cü sənaye inqilabının mahiyyətini bilirmi?”


İqtisadçı Qubad İbadoglu
İqtisadçı Qubad İbadoglu

“ Onu xüsusi hesabat kimi dəyərləndirmək olmaz. Bu, təhlildən məhrum sənəddir”.

İqtisadçı Nemət Əliyev bunu baş nazir Novruz Məmmədovun Nazirlər Kabinetinin 2018-ci ildəki fəlaiyyətinə dair dünən, martın 15-də Milli Məclisdə verdiyi hesabata şərhində bildirib.

N.Əliyev hesab edir ki, hesabat problemləri üzə çıxarmayıb, növbəti ilin ilkin hədəflərini müəyyən etməyib.

Nemət Əliyev
Nemət Əliyev

N.Əliyev vurğulayıb ki, baş nazir hesabatda ölkədə 1,3 faiz iqtisadi artım olmasını deyib, amma bunun təhlilini aparmayıb:

“Əgər baş nazir bir qədər bu rəqəmə təhlil gözü ilə baxsaydı, bilərdi ki, iqtisadiyyatda nətinki artım yoxdur, əksinə tənəzzül var. 2018-ci ildə xarici ticarət dövriyyəsi 12 faiz azalıb”

Buna da bax: Siqaret bahalaşıb

10 faizdən çox bahalaşma olub

N.Əliyev vurğulayıb ki, 2018-ci ildə sərmayə qoyuluşu da 5 faizə yaxın azalıb.

İqtisadçı baş nazirin ölkədə 2,3 faiz bahalaşma olması barədə dediklərini isə qeyri-ciddi adlandırıb: “Bizim araşdırmalara görə, 2018-ci ildə ən azı 10 faiz bahalaşma olub. Əslində isə bu bahalaşma 15 faiz qədərdir ”.

Ekspert rəsmi statistikaya əsasən xatırladıb, 2018-ci ildə əhalinin aylıq orta əməkhaqqısı 3 faiz artıb. “ Bahalaşma isə 15 faizə qədərdir və elə buradan demək olar ki, əhalinin yaşayış səviyyəsi 12 faiz pisləşib. Baş nazirin iqtisadi inkişaf “nağılları” elə bununla da sona yetir”


Ünvanlı sosial yardım alanlardan 40 min azalıb

N.Əliyev baş nazirin pensiyaların artması ilə bağlı dediklərinə də münasibət bildirib. O vurğulayıb ki, pensiyaçıların sayında azalma var.Üstəlik, istisadçı vurğulayıb ki, ünvanlı sosial yardım alanların sayı 40 min nəfərə yaxın azalıb.

Nemət Əliyev baş nazirin ölkədə sənayenin inkişafından danışmasını və “sənaye inqilabı” kimi ifadələr işlətməsini də tənqid edib: “Azərbaycanda sənayenin əsasını neft təşkil edir. 2017-ci ildə 38 milyon 777 min ton, 2018-ci ildə isə 38 milyon 758 min ton neft hasil edilib, yəni azalmalar var. Əgər, sənaye parklarını, aqroparkları sənaye inqilabı kimi təqdim edirlərsə, ölkələr var ki, bu yolu 15-20 il əvvəl keçiblər. Buradakı rezidentlərin çoxu hələ bu parklar yaradılana qədər iqtisadiyyatda özünə yer edib. Burada parklarda isə qeydiyyatdan keçməklə 7 illik güzəştlərdən yararlanmaq istəyirlər.”.

Başqa bir iqtisadçı Qubad İbadoğlu da baş nazirin hesabatında daha çox “4-cü sənaye inqilabı” ifadəsinin üzərində dayanıb.

Q.İbadoğlu vurğulayıb ki, son illər Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər ildən ilə azalır:

“Ötən il azalma 4,4 faiz idi. Bu ilin 2 ayında azalma daha da çoxalıb 9,3 faizə çatıb. Ən pisi də odur ki, bu dövrdə sərmayə qoyuluşunun yalnız 12,7 faizi qeyri-neft sənayesinə yönəlib”.

4-cü sənaye inqilabı nədir?

Q.İbadoğlu 4-cü sənaye inqilabının mahiyyətini izah edərək deyib ki, (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsini, fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını özündə səciyyələndirir: “ Bu inqilab robot-avtomobillər, 3D çap, genlərin redaktə edilməsi, əşyaların interneti, insan orqanizminə implantasiya edilmiş telefon, süni intellekt, blokçeyn vasitəsilə vergi və gömrük rüsumlarının toplanması kimi texnoloji sıçrayış və inovasiyaları nəzərdə tutur”
Q.İbadoğluna görə, Azərbaycan tikintidə istifadə etdiyi çəkic və baltanı, hətta onların sapını belə özü istehsal edə bilmirsə, xaricdən gətirirsə, onda ümumiyyətlə sənaye inqilabından danışmağa dəyməz.

İqtisadçı “Görəsən, Novruz müəllim 4-cü sənaye inqilabının mahiyyətini bilirmi?” sualını verir

Xatırlatma

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərinsən sonra Novruz Məmmədov Azərbaycan Nazirlər Kabinetinin sədri postuna gətirilib.

2019-cu il martın 15-də baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat ilə çıxış edib.

Baş nazir hesabatında ölkə iqtisadiyyatının bütün sahələr üzrə inkişaf etdiyini bildirib, sənaye sahəsində isə Azərbaycanda “ 4-cü inqilab” baş verdiyini iddia edib.

Novruz Məmmədov
Novruz Məmmədov

N.Məmmədov əlavə edib ki, 2018-ci ildə ölkədə makroiqtisadi sabitlik təmin olunub: «İqtisadi artım 1.4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1.8 faiz olub, qeyri-neft sənaye məhsulu isə 9.1 faiz artıb», deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ümumi dəyəri 618 milyon manata yaxın olan layihələrin maliyyələşdirilməsindən ötrü sahibkarlara 160 milyon manatdan artıq güzəştli kreditlər verilib. Onun deməsinə görə, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə sahibkarlara dövlət büdcəsindən 15 milyon manat məbləğində ixrac təşviqi ödənilib.

Parlament hesabatı qəbul edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG