Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:58

Kəndli: 'Həyətin içindən əsas qaz xətti və su qolu keçir...'


Qaz xətti (arxiv fotosu)

"Həyətimdən ana qaz xətti və su kanalı keçir. Qaz sızmalarından vaxtında xəbər tutmasam, faciə baş verər".

Qubanın Paşaoba kəndində yaşayan Habil Məmmədov 9 ildir əziyyət çəkir. Deməsinə görə, yaşadığı həyətin içindən 5 kəndi qazla təmin edən əsas qaz xətti və Samur-Abşeron kanalından ayrılan su qolu keçir. Bu xətlər keçmiş Sovet vaxtından istismar olunur və təhlükəlidir:

"Köhnə xətlərdir. Tez-tez sızmalar olur. Bir də görürsən qaz iyi ətrafı basıb. Aradabir yanğın da olub. Özüm xəttin böyür-başını dəmir parçaları ilə basdırmışam ki, qaz sızmasın. Qaz xətti ilə su kanalı bir-birlərinə yaxındır. Qaz xətti tez-tez kanala düşür və qaz sızması güclənir. Vaxtında xəbər tutmasam, faciə baş verər".

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

“HƏR AN PARTLAYIŞ OLA BİLƏR”

Habil Məmmədov deyir, ailədə və qonşularda azyaşlılar var. Bir tərəfdən qaz sızmasının qarşısını almaq, bir tərəfdən də azyaşlıları qorumaq çətindir. O, həm qaz xəttinin, həm də su kanalının ləğvindən ötrü aidiyyəti qurumlara müraciət edib:

"Hara gedirəmsə, deyirlər, gəlib baxacağıq. Qaz xəttində hər an partlayış ola bilər. Dəfələrlə yanğının qarşısını almışam".

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

Qaz xətti İcnovqışlaq, Vəlvələ, Aşağı Bərqov və Yuxarı Bərqov kəndlərini qazla təmin edir. Ev sahibi deyir, xətdə təmir işləri aparılmasa, qışqabağı kəndlər qazsız qala bilər.

Xaçmaz regional qaz idarəsindən "Qaynar xətt"ə bildirilib ki, növbəti iş həftəsi bununla bağlı Quba qaz istismarı sahəsinə tapşırıq veriləcək.

Qeyd edək ki, bu ilin fevralında da yerli mediaya oxşar vəd verilmişdi.

Habil Məmmədovsa qaz xəttinin və su kanalının həyətyanı sahəsindən kənara çıxarılmasını istəyir. O, ailəsi ilə səksəkə içərisində yaşamaqdan yorulduğunu deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *
Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG