Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 22:26

«Üç həftə əvvəl leysan oldu, sinif otaqlarını su basdı. Uşaqları o məktəbə necə göndərək?».

Qubanın Alekseyevka kəndində Rəhman Məmmədov adına orta məktəb qəzalı vəziyyətdədir. Kənd sakinlərinin deməsinə görə, mayın əvvəlində güclü dolu və yağış məktəbin dam örtüyünü daha da zədələyib. Yağış suları sinif otaqlarına dolub. İndi rütubətdən və üfunətdən sinif otaqlarına girmək olmur. Kənd sakini Adil Hacıyev:

«Onsuz da təmirsiz, ləvazimatsız sinif otaqlarıdır. Qışda odunla da qızdırmaq olmur. Dam örtüyü Sovet vaxtı təmir olunub. O günlərdə leysan olanda sinif otaqlarının döşəmələri dizə qədər suyla dolmuşdu. Çürük döşəmələrdir».

«HEÇ BAKININ ÖZÜNDƏ QAZ OLMUR»

Kənd sakini Solmaz Quliyeva deyir, məktəbdə 830 şagird təhsil alır. Ancaq valideynlər hesab edirlər ki, şəraitsizlik övladlarının keyfiyyətli təhsil almasına mane olur:

«Hansı dövrdür ki, uşaqlar tavandan başlarına yağış suyu axa-axa kitab oxuyurlar... Uşaqlar özləri suları siniflərdən yığıblar. Nəvələrim neçə gün dərsə getmədilər. Hər yağış yağanda evdə qalırlar. Çünki yağışdan sonra sinif otaqlarının suyunu təmizləməklə məşğul olurlar».

Bir sözlə, Alekseyevka sakinləri müasir tələblərə cavab verən, tədris ləvazimatları olan yeni məktəb arzulayırlar.

Qubanın təhsil şöbəsindən isə bildirirlər ki, Alekseyevkadakı məktəb deyildiyi kimi, pis durumda deyil:

«Bir sinfin tavanından su axıb, onun da qarşısı alınıb. Örtükdə təmir işi aparılıb. Belə, məktəbin şəraiti pis deyil. Qaz problemi isə qışın ortasında bütün kəndlərdə yaşanır. Heç Bakının özündə qaz olmur».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG