Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 10:38

‘Qrant qanunvericiliyi sadələşdirilməlidir’


Rəna Səfərəliyeva

“Nazirlər Kabinetinin qrant sazişlərinin qeydiyyatı qaydalarına dəyişikliklər edilməsi haqqında qərarı müsbət addım olsa da, vətəndaş cəmiyyəti institutlarının sabitliyini artırmaq üçün qanunvericilik təkmilləşdirilməlidir”.

Bu barədə "Transparency Azerbaijan" korrupsiyaya qarşı mübarizə ictimai birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib.

O, müsbət dəyişikliklər sırasında qrantın qeydiyyatından ötrü sənədlərin sayının azaldılmasını, xarici donorlara dövlət reyestrindən çıxarış və nizamnamənin surəti kimi bürokratik tələblərin aradan qaldırılmasını qeyd edib.

Buna da bax:​ QHT-lər dilə gəldi. Dinləyən olacaqmı?

Bundan başqa, Ədliyyə Nazirliyinə sənədlərin verilməsi müddəti qrantın alındığı gündən etibarən 15 gündən 30 günə qədər uzadılıb.

“Xarici donorlardan qrant alınması şərtlərinin sadələşdirilməsi, xüsusən qrantın məqsədəuyğunluğu haqqında qərarların qəbulu prosedurunun sadələşdirilməsi, qrant sazişlərinin elektron formada həyata keçirilməsi üçün şərait yaradılması zəruridir”, R.Səfərəliyeva bildirib.

Xatırlatma

Bir çox yerli qurumlar və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda qeyri-hökumət təşkilatlarının normal fəaliyyət göstərə bilməsindən ötrü qrant qanunvericiliyinin dəyişməli olduğunu bildirir. Bu çağırışları beynəlxalq qurumlar da dəstəkləyir.

Buna da bax: Qrantların 'bir pəncərə' sistemi nə deməkdir? [ekspert rəyi]

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, Açıq Hökumət Təşəbbüsü və digər birliklər dəfələrlə Azərbaycan hökumətinə bununla bağlı tövsiyələr ediblər.

Prezident İlham Əliyev oktyabrın 21-də bu çağırışların fonunda xarici donorların Azərbaycanda qrantlar verməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı fərman verib. Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.

Həmin sənəddə Nazirlər Kabinetinə QHT-lərin problemləri ilə bağlı iki ay ərzində tədbirlər görməsi tapşırılmışdı. Nazirlər Kabineti qrantın maliyyə-iqtisadi baxımdan məqsədə uyğunluğuna dair rəyin əldə edilməsi prosedurunu sadələşdirən tədbirlər görməli idi.

Buna da bax:​ Prezidentin ‘qrant fərmanı’ müzakirə edilib

Nazirlər Kabineti iki gün əvvəl, yanvarın 11-də fərmandan çıxış edərək qrantlarla bağlı qaydalara dəyişiklik edib.

Dəyişiklik əsasən, texniki xarakterlidir. Orada qrant müqavilələrinin qeydiyyatından ötrü sənədlərin sayı azaldılır, qrant müqaviləsi ilə bağlı icra qurumuna sənədlərin verilməsi müddəti 15 gündən 30 günə qədər uzadılır.

XS
SM
MD
LG