2016-cı ilin 6 ayının yekunlarına görə, fiziki şəxslərin banklarda 7 milyard 761 milyon manat əmanətləri var.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, bu ilin 2-ci rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8.8 faiz ) azalıb. Bu məbləğ ilin əvvəlinə olan göstərici ilə müqayisədə də 296 milyon manat (5 faiz) azdır.
Nəticədə cəmi əmanətlərin 73 faizi (5.66 milyard manat) qorunan əmanətlər. Qalan əmanətlər (2.10 milyard manat) isə qorunmur.
Kompensasiya olunan əmanətlər cari ilin əvvəli ilə müqayisədə 99 faiz (2 milyard 275 milyon manat) artıb. İndi bu məbləğ 4 milyard 572 milyon manatdır.
Qorunan əmanətlərin 77 faizi ABŞ dollarının, 19 faizi manatın, 4 faizi də avronun payına düşür.