Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Yenə də işgəncə xəbərləri gəlir


Həbsxanalarda işgəncələrdən necə qorunmalı?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Həbsxanalarda işgəncələrdən necə qorunmalı?

OSon günlər Qobustan həbsxanasından işgəncə xəbərləri gəlməkdə davam edir. Nardaran hadisələrinə görə azadlıqdan məhrum edilmiş məhbuslar Taleh Bağırov və Abbas Hüseynovun yaxınları iddia edirlər ki, Qobustan həbsxanasında onlara işgəncələr edilir.

Taleh Bağırovun xanımı Leyla İsmayılzadə deyir ki, sonuncu dəfə əri ilə yanvarın 28-də telefonla danışıb. Taleh Bağırov bildirib ki, işgəncələrə etiraz olaraq Abbas Hüseynovla birlikdə aclıq aksiyasına başlayırlar. Bundan sonra nə vəkili, nə də ailə üzvləri Taleh Bağırovla əlaqə saxlaya bilməyib:

“İki zəng günündə evlə əlaqə saxlamayıb. Biz onun səhhətindən çox nigaranıq. Bizdə də olan məlumata görə Taleh 5 gündür aclıq aksiyası keçirir. Vəkili də onunla görüşə bilmir. “Order yenilənməlidir” bəhanəsi ilə vəkili onun yanına buraxmırlar. Həbsxana rəhbərliyi Talehin aclıq aksiyası keçirdiyini təkzib edib. Vəkilə bildiriblər ki, Taleh onunla bir kamerada saxlanan məhbusa etiraz edir və ona görə də zəngə çıxmır. Amma mən Talehi tanıdığım qədəri ilə o heç vaxt etiraz olaraq zəngə çıxmaya bilməz. Bu absurd fikirdir”.

Leyla İsmayılzadə deyir ki, Taleh Bağırov işgəncə və həbsxanada onunla pis rəftar halları ilə bağlı həm Penistensiar Xidmətə, həm də Qırmızı Xaç Komitəsinə müraciət edib.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, həbsxana və cəzaçəkmə müəssisələrində saxlanan məhbusların heç birinə işgəncə verilmir, o cümlədən də Qobustan həbsxanasında saxlanılan adı çəkilən şəxslərə:

“Heç bir işgəncə və döyülmə yoxdur. Qobustan həbsxanası digər cəzaçəkmə müəssisələrində saxlanma rejimindən fərqlənir. Bu rejimə riayət etmək hər bir məhkumun borcudur. Bu cür qapalı müəssisələrə ictimai nəzarət də mümkündür. Ədliyyə Nazirliyi yanında qeyri-hökumət təşkilatlarından ibarət komitə cəzaçəkmə müəssisələrinə və həbsxanalara baş çəkir, vəziyyəti öyrənir. Bundan başqa Ombudsman Aparatının da əməkdaşları müntəzəm olaraq, bu cür müəssisələrə baş çəkilərr. Əgər işgəncə halları olsaydı, onlar da bu haqda məlumat vərərdilər”.

Məhbuslara işgəncə verənlərin qara siyahısı

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Oqtay Gülalıyev isə əskinə düşünür ki, həbsxanalara heç bir ictimai nəzarət mümkün deyil. Hətta hər hansı işgəncə iddiaları olduğu zaman vəkillərə belə məhbusla görüşə imkan yaradılmır. Azərbaycan təcrübəsində hətta işgəncə iddialarını ictimailəşdirdiyi üçün vəkillik fəaliyyətinə son verilmə halları da olub.

Oqtay Gülalıyevin sözlərinə görə Ədliyyə Nazirliyi yanında QHT-lərdən ibarət komitədə daha çox hökumətyönlü təşkilatlar təsmil olunur. Həm onlar, həm də Ombudsman aparatı gərçəkləri ictimaiyyətdən gizlədir. İşgəncə iddiaları ədalətli araşdırılmır:

“Təəssüfləndirici haldır ki, işgəncə halları artmaqdadır. Təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi öz hesabatlarında işgəncə hallarına geniş yer verir. Burada işgəncənin subyektləri və halları göstərilib. Eyni zamanda hesabatda “məhbuslara işgəncə verən şəxslər” adlı “qara siyahı” hazırlanıb”.

Avropa Məhkəməsinin qərar 15 ildir ki, icra olunmur

Azərbaycan Demokrat Pariyasiyasının sədri Sərdar Cəlaloğlu da 15 ildir ona işgəncə verənlərin cəzalandırılmasına çalışır. O deyir ki, yerli məhkəmələr işgəncə iddialarını rədd edib. İş Avropa məhkəməsinə qədər gedib. Avropa Məhkəməsi isə ona işgəncə edilməsi faktını tanıyıb:

“Mənə 2003-cü ildə qanunsuz həbsim zamanı işgəncə edilmişdi. Mən elə həmin vaxt Qırmızı Xaç Komitəsinə müraciət etmişdim. Onlar gəlib, həmin xəsarətləri təsbit etmişdilər. Yerli məhkəmələr bu iddiaları rədd etmişdi, amma Avropa Məhkəməsi qısa müddətdə mənə qarşı işgəncə faktını tanıdı”.

Amma Sərdar Cəlaloğlu deyir ki, Avropa Məhkəməsinin qərarından sonra ona işgəncə edənlərin cəzalandırılması üzrə işə hələ də baxılmayıb. O, 15 illik mübarizəsinə istinad edərək, deyir ki, Azərbaycan həbsxanalarında işgəncə hallarının obyektiv araşdırılması qeyri-mükmdündür.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Sizcə, həbsxanalarda məhbuslarla necə davranırlar?
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Azərbaycan rəsmiləri işgəncə iddiaları, məhbuslarla pis davranış kimi halları təkzib etsə də, illərdir bu mövzu zaman-zaman Azərbaycan mediasının əsas gündəminə çevrilir. Yerli və beynəlxalq təşkilatlar öz hesabatlarında həbsxanalarda məhbusların bir çox azadlıqlarının pozulduğunu qeyd edirlər.

Elə bu gün - fevralın 5-də Freedom House təşkilatı yaydığı “Dünyada azadlıq” hesabatında Azərbaycanı yenidən azad olmayan ölkələr kateqoriyasına salıb. Hesabatda Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan bəhs olunur.

Azərbaycan rəsmiləri adətən belə hesabatlarda deyilənləri rədd edir. Ölkədə bütün azadlıqlara təminat verildiyini vurğulayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG