Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Qobuda qaz problemi yoluna qoyulub


«20 mindən çox əhalisi olan qəsəbə qaz istehsalçısı olan ölkədə qaz problemi yaşayır»
«20 mindən çox əhalisi olan qəsəbə qaz istehsalçısı olan ölkədə qaz problemi yaşayır»

«Şənbə günü sakinlərin narazılığından sonra qəsəbəyə qaz verilib. Hələ ki, qaz gəlir».

Bunu Qobu qəsəbə sakinləri bildiriblər. Sakinlərin deməsinə görə, indi qazın təzyiqi də yetərli dərəcədədir. Həm yemək bişirə bilirlər, həm də evləri lazımı səviyyədə isidə bilirlər.

«Deməli bunu etmək olar. Niyə bu qazı əhaliyə vermək üçün hökmən sakinləri aksiya keçirməyə vadar edirlər. Bizim məqsədimiz aksiya keçirmək yox, evlərimizi isitməkdir. Evimiz qızınsa, niyə aksiya keçirməliyik?», - deyə sakinlərdən biri vurğulayıb.

Amma bəzi sakinlər hələ də qazın davamlı veriləcəyinə şübhə edir.

«Dəfələrlə olub ki, müəyyən müddət qaz veriblər. Sonra düşünüblər ki, əhali sakitləşdi, qazı yenə də kəsiblər. Odur ki, qazın davamlı veriləcəyinə hələ də inana bilmirik», - bir başqa sakin deyib.

Qaz hanı?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:26 0:00

Verilən məlumata görə, bu gün, noyabrın 27-də qəsəbənin bir qrup yaşlı sakini qazla bağlı yaranan problemin səbəblərini öyrənmək məqsədilə Abşeron Rayon Qaz İstismar İdarəsinə getməlidir.

XATIRLATMA

Noyabrın 25-i səhər saatlarında Bakının Qobu qəsəbəsinin sakinlərinin bu yaşayış məntəqəsinə qaz verilməsinin tez-tez dayandırılmasına etiraz olaraq aksiya keçirdikləri bildirilirdi. Sakinlər deyirdilər ki, qəsəbəyə həftələrdir qaz fasilələrlə verilir.

«Gündüz bir-iki saat qaz verilir, axşam oldumu, ya soyuqlar düşdümü qaz kəsilir, təzyiq olmur. Yemək bişirməyə belə yetmir. Bununla bağlı hara, kimə müraciət ediriksə, cavab verən yoxdur. Bizə izah etmirlər ki, bu problemin səbəbi nədir? 20 mindən çox əhalisi olan qəsəbə qaz istehsalçısı olan ölkədə qaz problemi yaşayır», - deyə onlar bildirirdilər.

Məsələ ilə bağlı hələlik Abşeron Rayon İcra Hakimiyyəti və qaz istismar idarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG