Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:08

Xaricdə çalışan azərbaycanlıların iş şəraiti


Moskva -- "Basman" bazarının dağıntıları, 23 fevral 2006
Moskva -- "Basman" bazarının dağıntıları, 23 fevral 2006
Rusiyaya qazanc üçün üz tutan azərbaycanlılar əsasən ticarətlə məşğuldurlar. Elə buna görə də ötən həftə Moskvanın "Basman" bazarının damının çökməsi nəticəsində həlak olanların çoxu – 45-i azərbaycanlılar olub. "Basman" Moskvanın ən iri bazarlarından sayılırdı.

Dünya Azərbaycanlıları Konqresinin MDB Mərkəzinin nümayəndəsi, Moskva Dövlət Universitetinin aspirantı Qamət Qəhrəmanov deyir ki, Moskva bazarlarında alverlə məşğul olan azərbaycanlıların hüquq-mühafizə orqanları ilə problemləri azalsa da, bazarların çoxu acınacaqlı vəziyyətdədir.

Hazırda Rusiya hökuməti miqrantlara münasibətdə siyasətində dəyişikliklər aparmağa, onların bir hissəsini leqallaşdırmağa çalışır. Amma Rusiyada çıxan «Kommersant» qəzetinin baş redaktorunun müavini Azər Mursəliyev deyir ki, işverənlər miqrantların leqallaşdırılmasında maraqlı deyillər: «Rusiyada qeyri-leqal işləyən insan işverənə, biznesmenə daha faydalıdır. Rusiya vətəndaşına ayda 100 dollar verməlidirsə, qeyri-leqal immiqranta 20-50 dollar verə bilir. Rusiyanın tikinti sektorunda çalışanların 90 faizi keçmiş Sovet respublikalarından gəlmiş qeyri-leqal immiqrantlardır».


Azər Mursəliyev hesab edir ki, Rusiyada çalışan azərbaycanlıların təhlükəsizliyi üçün Rusiya və Azərbaycan hökumətlərinin hər ikisi məsuliyyət daşımalıdır: "Çünki Rusiyada çalışanlar artıq Rusiya dövlətindən asılıdır və Rusiya qayda-qanunlarına görə, Rusiya hökuməti hər bir insana müəyyən bir şərait yaratmalıdır. Digər tərəfdən də, Rusiyada işləyən azərbaycanlıların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu cəhətdən Azərbaycan hökuməti dövlətlərarası sazişlər vasitəsilə öz vətəndaşlarının hüquqlarını qorumalıdır".


Hazırda Avropa ölkələrinə də köçən azərbaycanlıların böyük hissəsi qeyri-leqal yaşadıqları üçün ağır işlərdə çalışır və işlədikləri yerlərdə onlara heç bir təminat verilmir.


İsveç Azərbaycanlıları Federasiyasının sədr müavini Səid Əzizi: "Orada fəhlələr heç bir hüquqa malik olmurlar. Onları istismar edən insanlar bilirlər ki, bunlar orada qeyri-leqal yaşadıqları üçün heç bir etiraz haqları yoxdur"...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG