Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:09

Həkim: 'Uşaqlarda yaxşı immunitet üçün...'


Qızılca
Qızılca

Azərbaycanda artıq bir aydan çoxdur ki, qızılca xəstəliyinin geniş yayılması ilə bağlı şikayətlər eşidilir. Həmin infeksiya, əsasən, uşaqların arasında müşahidə olunur və artıq ciddi fəsadlardan danışanlar var. Bu müddət ərzində yerli mediada yayılan məlumatlarda Azərbaycanda bu xəstəliyə yoluxan uşaqlardan beşdən çoxunun vəfat etdiyi bildirilib. Hərçənd, rəsmilər bununla bağlı dəqiq statistika təqdim etməyiblər. Amma rəsmi qurumlar, bir qayda olaraq, vurğulayırlar ki, qızılcaya qarşı ən yaxşı mübarizə peyvənddir.

Bundan əvvəlki illər...

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il ölkədə qızılcaya bir nəfər yoluxub: "2020-cu ildə iki nəfər, 2019-cu ildə 337 nəfər, 2018-ci ildə isə 52 nəfər...".

Qızılcayla qarşı peyvəndi kim vurdurub? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, hazırda ölkədə qızılca ilə bağlı epidemioloji vəziyyət qənaətbəxşdir: "Yoluxma saylarındakı artma-azalmalar stabil həddədir. Xəstələr arasında bəzən ağırlaşma olanda, stasionar müalicəyə ehtiyac yarandıqda bizə müraciət edirlər və bu xəstələr TƏBİB tabeliyində müəssisələrdə müalicəyə cəlb olunurlar".

"Ya peyvənd almayanlardır, ya da..."

Səhiyyə Nazirliyinin məlumatına görə, aprel ayından dekabrın əvvəlinədək ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb: "Bu gün yoluxanların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdir".

Bildirilib ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana BMT-nin Uşaq Fondu (UNICEF) xətti ilə gətirilir: "İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir".

A.Əliyev
A.Əliyev

"Yaxşı qidalanma çox vacibdir"

Həkim-radioloq Aydın Əliyev ölkədə qızılca ilə bağlı vəziyyətin ürəkaçan olmadığını deyir: "Əvvəllər peyvəndlər məcburi idi, ona görə də xəstəliyin alovlanması olmurdu. Amma son vaxtlar peyvəndlər məcburi deyil. Xəstəliyin artmasının səbəbi bu olub".

Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar peyvənd ilə bağlı maarifləndirmə işini gücləndirməlidirlər: "Təəssüflər olsun ki, bizdə bu, çox zəifdir. Son olaylar göstərir ki, hansı uşaqlar peyvənd olunub, heç bir sıxıntı yaşamadılar, dünyasını dəyişən uşaqlar peyvənd olunmayanlardır".

O, AzadlıqRadiosuna bildirib ki, uşaqlarda yaxşı immunitet üçün yaxşı qidalanma çox vacibdir, amma bu, hamı üçün əlçatan deyil.

XS
SM
MD
LG